BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi arasında anlaşma memorandumu imzalanıb

            BDU ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi arasında anlaşma memorandumu imzalanıb

            TƏDRİS 23 Dekabr 2025 17:36

            BDU ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi arasında anlaşma memorandumu imzalanıb

            Bakı Dövlət Universiteti (BDU) ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi-tibb baş idarəsi (HTBİ) arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. HTBİ-nin inzibati binasında təşkil olunmuş tədbirdə BDU-nun rektoru Elçin Babayev, HTBİ-nin rəisi tibb xidməti general-mayoru Rüfət Əliyev, elmi ictimaiyyətin nümayəndələri, baş idarənin kollektivi və digər qonaqlar iştirak ediblər.

            Giriş sözü ilə çıxış edən tibb xidməti general-mayoru Rüfət Əliyev HTBİ-nin fəaliyyət istiqamətləri, burada yaradılmış Genetik araşdırmalar və Elmi təcrübə mərkəzləri barədə geniş məlumat verib, habelə BDU-nun tarix boyu zəngin şərəfli yol keçdiyini, elm və təhsil sahəsinin inkişafında əvəzsiz rol oynadığını vurğulayıb. Universitet yaradılarkən burada ilk fəaliyyətə başlayan azsaylı fakültələrdən birinin Tibb fakültəsi olduğunu qeyd edən Rüfət Əliyev respublikamızda tibbi təhsilin tərəqqisinə BDU-nun mühüm töhfə verdiyini bildirib.  Natiq həmçinin anlaşma memorandumunun elmi potensialın artırılmasına, məlumatların mübadiləsinə və birgə layihələrin uğurlu icrasına yeni imkanlar açacağına əmin olduğunu qeyd edib.

            BDU-nun rektoru Elçin Babayev Universitetin böyük elmi irsə və çoxillik tarixə malik ali təhsil ocağı kimi elmi tədqiqatlar sahəsində həyata keçirdiyi fəaliyyətdən və bu istiqamətdə uğurla reallaşdırılan layihələrdən ətraflı söhbət açıb. O, son illərdə BDU-da elmi bazanın, eləcə də  müvafiq sahələr üzrə savadlı və bilikli gənc nəslin yetişdirilməsi işinin daha da təkmilləşdirildiyini xüsusi diqqətə çatdırıb, imzalanmış anlaşma memorandumunun qarşılıqlı faydalı əməkdaşlığa geniş zəmin yaradacağını bildirib.

            BDU ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi arasında anlaşma memorandumu imzalanıb
            TƏDRİS SOSİAL

            Son XƏBƏRLƏR

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            03.02.2026 | 16:02

            “BDU könüllüləri” təşkilatının idarə heyətinin üzvləri təltif olunub

            03.02.2026 | 12:01

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru

            03.02.2026 | 11:32

            BDU və “CELT Colleges” şirkətinin nümayəndələri arasında onlayn görüş

            03.02.2026 | 10:54

            VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlanıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025