BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

            SOSİAL 24 Fevral 2025 16:58

            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

            Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə dünya şöhrətli fotojurnalist Reza Deqati də iştirak edib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildirib. O qeyd edib ki, bu soyqırım aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri idi. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində törətdiyi soyqırım aktı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150-sinin taleyi bu günə qədər hələ də məlum deyil.

            Rektor diqqətə çatdırıb ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiyməti Ümummilli Lider  Heydər Əliyev verib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri qırğınlar soyqırımı aktı kimi tanınır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq aləmdə yayılması, həmçinin bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir: “2020-ci il xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə parlaq qələbəyə imza atdı, ərazi bütövlüyümüz təmin olundu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı. Bu gün bütün torpaqlarımız kimi, Xocalıda da həyat yenidən canlanır, yaralarımız sarınır. Soyqırım aktına, düşmən təcavüzünə boyun əyməyən soydaşlarımız yenidən el-obamızı dirçəldir. Gənclərimiz bu faciənin nəticələrini, Xocalının ağrılı tarixini bilməlidir. Bizim vəzifəmiz isə bu həqiqətləri gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır".

            Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Yusif Vəliyev, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, Azərbaycan Dövlət Televiziyasının şöbə müdiri Mahir Qəribov, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxışlarında Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə məlumat verib, Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflər səsləndiriblər.

            Dünya şöhrətli fotojurnalist Reza Deqati Xocalı faciəsi zamanı çəkdiyi fotolardan ibarət “Xocalı soyqırımının ağrılı nəticələri” mövzusunda təqdimat edib və şahidi olduğu hadisələrdən danışıb: “Bu dəhşətli soyqırımı zamanı ciddi informasiya müharibəsi var idi. Erməni lobbisi bütün dünyaya bu faciəni fərqli formada təqdim etmişdi. Mən Xocalıda baş verən dəhşətləri fotolentimin yaddaşına köçürdüm və bütün dünyaya yaydım. Biz bu faciəni unutmamalıyıq. 30 ildən çoxdur ki, bu informasiya müharibəsinin iştirakçısı kimi xocalıların səsini, harayını çatdırıram”.

            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            BDU-da Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025