BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Xəzər sahilinin təbii bitkiliyi öyrənilir

            BDU-da Xəzər sahilinin təbii bitkiliyi öyrənilir

            ELM 29 May 2025 11:29

            BDU-da Xəzər sahilinin təbii bitkiliyi öyrənilir

            Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Xəzər sahilinin təbii bitkiliyi, onun təsnifatı, xəritələşdirilməsi və fitosenoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.
             
            Botanika və bitki fiziologiyası kafedrasının müəllimi, biologiya elmləri doktoru Humirə Hüseynova mövzu ilə bağlı məruzə edib. Məruzəçi Xəzər sahilində təbii bitki örtüyünün zəngin biomüxtəlifliyi, ekoloji və geobotaniki xüsusiyyətləri, fitosenozların təsnifatı və Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyaları vasitəsilə xəritələşdirilməsi ilə bağlı məlumat verib. Qeyd olunub ki, Xəzər sahilinin bitkiliyi iqlim şəraiti, relyef, torpaq və antropogen amillərin təsiri ilə formalaşır və bu ərazi 6 əsas ekoloji-geobotaniki zonaya ayrılır: meşə, kolluq, yarımsəhra, səhra, dənizkənarı qumlu səhra (psammofit) və su-bataqlıq bitkiliyi. Hər zonanın özünəməxsus biomorfoloji quruluşu, dominant növləri və ekoloji tələbləri var. Tədqiqatlar nəticəsində Xəzər sahilində 25 formasiya sinfi, 125 formasiya qrupu və 179 assosiasiya müəyyən olunub. Bu təsnifat ekosistemlərin fitosenoloji strukturunu və biomüxtəlifliyin təşkilati səviyyələrini əhatə edir. Əldə olunan nəticələr bitki örtüyünün morfologiyası, funksional strukturu və ekoloji rolunun daha dərindən anlaşılmasına imkan yaradır.
             
            Seminarda ekoloji-geobotaniki xəritələndirmə prosesinə də toxunulub. 1:200 000 miqyaslı xəritələr müasir CİS-lər və kompüter modelləşdirilməsi vasitəsilə hazırlanıb. Bu xəritələr fitosenozların coğrafi yayılmasını, zonal və intrazonal xüsusiyyətlərini dəqiq əks etdirir, biomüxtəlifliyin qorunması, təbii resursların idarə olunması və ərazilərin ekoloji monitorinqi üçün mühüm elmi baza yaradır.
             
            Seminar mövzu ilə bağlı müzakirələrlə davam edib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.
            BDU-da Xəzər sahilinin təbii bitkiliyi öyrənilir
            BDU-da Xəzər sahilinin təbii bitkiliyi öyrənilir
            BDU-da Xəzər sahilinin təbii bitkiliyi öyrənilir
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025