BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı

            BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı

            ELM 18 Aprel 2025 15:32

            BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı

            Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində tələbələrin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” adlı X elmi konfransı keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

            BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri, professor Mais Süleymanov tələbələrin elmi fəaliyyətə cəlbinin vacibliyi qeyd edib. Bildirib ki,  tədqiqat universitetinə çevrilməkdə olan BDU dünya reytinqində məhz elmi fəaliyyətin artırılmasına və tələbələrin bu proseslərə cəlbinə görə ciddi nəticələr əldə edir: “Elmin müxtəlif sahələrində innovativ yanaşmaların tətbiqində gənclərin iştirakı mütləqdir və buna hər zaman dəstək olmağa hazırıq”.

            Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, müstəqillik illərində onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. O, Ümummilli Liderin layiqli davamçısı Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha böyük uğurlara imza atdığını, Qarabağın azadlığının gerçəkləşdiyini, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini, uzun illər köçkün həyatı yaşayan vətəndaşlarımızın öz yurdlarına qayıdışının uğurla davam etdiyini qeyd edib. Bəxtiyar Paşayev elm və təhsil sahəsində çalışan hər bir vətəndaşın  üzərinə daha böyük məsuliyyət düşdüyünı, bunun üçün gənclərin daha çox çalışmalı və öyrənməli olduğunu bildirib.

            Optika və molekulyar fizika kafedrasının müdiri, professor Rəna Qasımova 100-ə yaxın tezisin təqdim edildiyi konfransın gənclər tərəfindən maraqla qarşılandığını  deyib.

            Konfransın plenar iclasında Fizika fakültəsi IV kurs tələbəsi Aytən Mayılova və III kurs tələbəsi Səlimə Xalıqova məruzə ilə çıxış ediblər. Öz işini bölmə iclasları ilə davam etdirən elmi konfransda  “Nəzəri fizika və astrofizika” bölməsində 21, “Molekulyar fizika” bölməsində 21, “Bərk cisimlər fizikası” bölməsində 26, “Fizikanın tədrisi metodikası” bölməsində 22 məruzə dinlənilib.

            BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı
            BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı
            BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı
            BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı
            BDU-da tələbələrin "Gələcəyin alimləri" adlı X elmi konfransı
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025