BDU-da “Tariximizi bilək, Zəfərimizi yaşadaq” adlı intellektual yarış

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Tariximizi bilək, Zəfərimizi yaşadaq” adlı intellektual yarış keçirilib.
Yarışın məqsədi tələbələrin tarixi biliklərinin artırılması, milli-mənəvi dəyərlərimizin təbliği və gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi olub.
Üç turdan və 30 sualdan ibarət olan yarışda “Şuşa”, “Dəmir yumruq”, “Zəfər yolu”, “Qələbə sədası”, “Vətənpərvər mühəndislər” və “Şanlı tarix” komandaları iştirak ediblər. İştirakçılar Zəfər tariximiz, Qarabağın tarixi və mədəni irsi, Vətən müharibəsi və qəhrəmanlıq salnaməmizlə bağlı sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın sonunda “Zəfər yolu” komandası l yerə layiq görülüb. Sonda qaliblər təltif olunublar.