BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Zəfər ayı” layihəsi çərçivəsində “Zəfər yaddaşı” adlı intellektual oyun keçirilib.
Əvvəlcə iştirakçılar yarışın qaydaları, keçirilmə mexanizmi və qiymətləndirmə meyarları ilə tanış olublar.
Lisey şagirdlərinin iştirak etdiyi yarışda Azərbaycanın müstəqillik tarixi, Vətən müharibəsi, milli qəhrəmanlıq nümunələri və işğaldan azad edilmiş ərazilərlə bağlı suallar səsləndirilib. Komandalar tarixi biliklərini, məntiqi düşünmə və birgə qərarvermə bacarıqlarını nümayiş etdirərək birincilik uğrunda mübarizə aparıblar.
Altı komandanın iştirak etdiyi yarışın nəticələrinə əsasən, “Zəfərin imzası” komandası I, “Zəfərə aparan yol” komandası II, “Qələbə” komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar təşəkkürnamələrlə mükafatlandırılıblar.