BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb

            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb

            SOSİAL 4 Noyabr 2026 18:44

            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb

            Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin Məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə “Təhsildən uğurlu karyeraya addımlar” mövzusunda görüş keçirilib.

            Tədbirin qonağı BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva olub.

            BDU rektoru Elçin Babayev məzunların Universitetin ən böyük sərvətlərindən olduğunu diqqətə çatdırıb. Nərgiz Hacıyevanın öz uğurlu fəaliyyəti ilə ölkəmizin və BDU-nun adını daim ucaltdığını bildirib. Rektor vurğulayıb ki, Nərgiz Hacıyeva ölkəmizdə təhsilin inkişafı, beynəlxalq təhsil əməkdaşlığının genişləndirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi və iki ölkə arasında humanitar körpülərin möhkəmləndirilməsi istiqamətində uzun illər böyük xidmətlər göstərib. Məhz bu xidmətlərinə görə Nərgiz Hacıyeva Britaniyanın nüfuzlu dövlət təltifinə layiq görülüb.

            “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva tələbələrə öz uğur hekayəsi, tələbəlik illəri, karyera yolunda qazandığı ilk təcrübələr haqqında danışıb. Karyerasının formalaşmasında BDU-nun xüsusi rolunun olduğunu deyən Nərgiz Hacıyeva doğma universitetinə həmişə minnətdarlıq duyduğunu bildirib. O qeyd edib ki, 2004-cü ildə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini bitirib, elə tələbə olarkən könüllülük fəaliyyəti göstərməklə yanaşı, təcrübə proqramlarında iştirak edib.   

            Qonaq bildirib ki, 13 ildir çalışdığı "British Council"da 4 ildir Azərbaycan üzrə ölkə direktorudur. O, "British Council"ın Azərbaycandakı komandanı idarə etmək üçün təyin etdiyi ilk azərbaycanlı ölkə direktoru olduğunu da diqqətə çatdırıb. Daha sonra qonaq tələbələrə "British Council"ın Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, yaratdığı imkanlar barədə məlumat verib, tələbələri bu imkanlardan yararlanmağa çağırıb. O, tələbələrə müxtəlif proqramlara, forumlara qoşulmağı, daha çox oxumağı, özlərini inkişaf etdirməyi, müxtəlif dilləri öyrənməyi, beynəlxalq sertifikatlar əldə etməyi, gələcəyə iddialı baxmağı tövsiyə edib.

            Görüşün sonunda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

             

            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            “British Council”ın Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva BDU tələbələri ilə görüşüb
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.11.2026 | 15:30

            BDU və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC arasında anlaşma memorandumu imzalanıb

            05.11.2026 | 14:55

            BDU-da Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilir

            05.11.2026 | 10:02

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

            05.11.2026 | 09:33

            BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

            04.11.2026 | 18:13

            BDU-da “Zəfər sədaları” adlı konsert proqramı

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025