BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

            BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

            ELM 20 Noyabr 2026 15:44

            BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

            Bakı Dövlət Universitetində (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzi və Tarix fakültəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan, Qafqaz və ətraf regionlarda qədim sərhəd sədləri” (“Ancient frontier walls in Azerbaijan, the caucasus and beyond”) mövzusunda beynəlxalq elmi seminar keçirilib. Tədbirdə Edinburq Universitetinin professoru, Roma dövrü arxeologiyası və qədim müdafiə sistemləri üzrə tanınmış mütəxəssis Eberhard Sauer məruzə ilə çıxış edib.

            Seminarın açılışında BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, professor Tarix Dostiyev və Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov çıxış edərək qədim müdafiə sistemlərinin arxeoloji tədqiqinin əhəmiyyətini, müasir metodların tətbiqini, eləcə də tələbələrin beynəlxalq layihələrə cəlb olunmasının vacibliyini vurğulayıblar.

            Məruzə ilə çıxış edən professor Eberhard Sauer Roma və Sasani imperiyaları dövründə formalaşmış müdafiə qurğularının tikinti xüsusiyyətləri, xronologiyası və hərbi-strateji rolu barədə araşdırmalarını bölüşüb. Alim xüsusilə Dəryal keçidi, Dəryal qalası və Gürcan (Gorgan) müdafiə divarlarında apardığı qazıntıların nəticələrini diqqətə çatdırıb.

            Seminarda, həmçinin, 2024-cü ildə professor Eberhard Sauerin BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov və London Universitet Kollecinin (UCL) elmi işçisi Davit Naskidaşvili ilə birgə icra etdiyi Böyük Qafqaz Səddi layihəsinin nəticələri (radiokarbon analizləri, coğrafi-məkan təhlilləri və rəqəmsal xəritələşdirmə məlumatları) təqdim olunub.

            Bundan əlavə, Eberhard Sauer BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan və Gürcüstanda həyata keçirilməsi nəzərdə tutulan yeni beynəlxalq layihə haqqında məlumat verib. Layihə çərçivəsində Gilgilçay, Beşbarmaq, Kəlasur sədləri, Dərbənd divarları və digər istehkam qurğularının müasir laboratoriya və coğrafi informasiya sistemləri (GIS) vasitəsilə kompleks tədqiqi planlaşdırılır.

            Tədqiqatlara BDU-nun Tarix, Biologiya, Coğrafiya, Kimya və Geologiya fakültələrinin tələbələrinin cəlb edilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq multidissiplinar tədqiqat mühitinin formalaşmasına, gənc mütəxəssislərin praktiki bacarıqlarının artmasına və Azərbaycanın arxeoloji irsinin dünya elmi ictimaiyyətinə tanıdılmasına mühüm töhfə verəcək.

            Seminar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

            BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
            BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
            BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
            BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
            BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
            ELM

            Son XƏBƏRLƏR

            20.11.2026 | 19:12

            BDU-nun komandası “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutub

            20.11.2026 | 14:56

            BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

            20.11.2026 | 14:09

            BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

            19.11.2026 | 19:51

            Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub

            19.11.2026 | 17:49

            BDU QS beynəlxalq reytinqlərindəki nailiyyətlərinə görə mükafatlandırılıb

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025