BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş

            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş

            SOSİAL 28 Noyabr 2025 18:57

            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş

            Bakı Dövlət Universitetinin (BDU) "BDU könüllüləri" təşkilatının "Ustaddan öyrən" layihəsi çərçivəsində tanınmış alim, ictimai-siyasi xadim, Xalq yazıçısı, akademik Kamal Abdullanın tələbələrlə görüşü keçirilib.

            BDU-nun rektoru Elçin Babayev bildirib ki, Kamal Abdulla görkəmli yazıçı, dövlət xadimi  olmaqla yanaşı, ali təhsil sahəsində uzun illərdir yorulmadan çalışan tanınmış təhsil təşkilatçısıdır: “Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində anadan olub. BDU-nun Filologiya fakültəsinin 1973-cü il məzunu olan görkəmli yazıçı 2000-2014-cü illərdə Bakı Slavyan Universitetinin ilk rektoru, 2011-2014-cü illərdə  Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, 2014-2017-ci illərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifələrində çalışıb. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektorudur”.

            Rektor diqqətə çatdırıb ki, akademik Kamal Abdullanın yaradıcılığı çoxşaxəli və rəngarəngdir. 300-ə yaxın məqalənin, 20-dən çox dərs vəsaiti və monoqrafiyanın müəllifi olan Kamal Abdulla müasir ədəbiyyatımız və dilçiliyimiz üçün çox qiymətli tədqiqatlar aparıb, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Mifdən yazıya”, “Dilçiliyə səyahət” və s. kimi əsərlər ərsəyə gətirib. “Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə 1999-cu ilin dekabr ayında Kamal Abdullaya Ulu Öndər Heydər Əliyev tərəfindən “Əməkdar elm xadimi” adı verilib: “Dəyərli ziyalımız həm də müasir Azərbaycan ədəbiyyatının sevilən yazıçılarından biri, Xalq yazıçısıdır. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Kədərli seçmələr”, “Gümüş dövrün sirləri”, “Labirint” və s. kitablarında toplanan roman, hekayə, şeirləri onu oxuculara sevdirib. Kamal Abdulla həm də mahir dramaturqdur. Onun “Casus” və “Beyrək”, “Bir-iki, bizimki” və s. kimi dram əsərləri bu gün teatrlarımızın səhnəsində böyük alqışlarla qarşılanır. Kamal Abdulla Azərbaycan ədəbiyyatının ən orijinal yazıçılarından biridir. Onun yaradıcılığı həm bədii nəsrdə, həm də elmi-fəlsəfi düşüncələrdə özünəməxsus üslubu ilə seçilir. Qədim türk mədəniyyəti, oğuz mifologiyası, “Kitabi-Dədə Qorqud” motivləri onun yaradıcılığının əsas istinad nöqtələridir, bir çox əsərlərində mifoloji zamanla real zaman iç-içə keçir, faktlar və miflər qarışaraq yeni semantik müstəvi yaradır. Mifoloji ifadələr, arxaizmlər, xalq danışıq üslubu ilə modern sintaktik quruluşlar birləşir. Məhz elə bu cəhətlər onu Azərbaycanın ən çox oxunulan müəlliflərindən biri edir”.

            Tədbirin moderatoru, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı və BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov Kamal Abdullanın yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında danışıblar. Bildiriblər ki, Kamal Abdulla Azərbaycan ədəbiyyatında postmodernist təmayülün lideridir. Akademikin Azərbaycan dilçilik elminə də töhfələri böyükdür, araşdırmaları günümüzdə də aktualdır.

            Daha sonra söz Xalq yazıçısı, akademik Kamal Abdullaya verilib. Doğma Universiteti olan BDU-nun onun üçün əziz olduğunu, öz energisini qoruduğunu deyən Xalq yazıçısı tələbəlik illərini xatırlayıb: “Mənim həyatımda silinməz rolu olan unudulmaz müəllimlərim, Azərbaycanın tanınmış alimlərini bu gün də böyük hörmətlə xatırlayıram. Biz Vətən məfhumunu məhz Universitetdə tam anlamı ilə dərk etdik, sevdik. Vətən eyni dildə danışan, eyni məfkurəyə sahib insanların bir yerdə olmasıdır. Bizim Universitetdə öyrəndiyimiz də məhz bu idi”.

            Yazıçılıq fəaliyyətindən söz açan Kamal Abdulla əsərlərinin dərin qatları, görünməyən məqamları ilə bağlı danışıb, ədəbiyyata orta məktəb illərindən marağı olduğunu deyib: “Bəzən gənclərə sual verirlər ki, “Ən çox sevdiyiniz yazıçı kimdir?”. Hansı yazıçının əsərini ikinci dəfə oxumaq ehtiyacı yaranırsa, deməli, həmin yazıçı və əsərləri daha çox sevilir. Burada mənim haqqımda səslənən sözlər çox böyükdür, mən hər zaman onlara layiq olmağa çalışıram”.

            Daha sonra tanınmış yazıçı tələbələrin çoxsaylı suallarını cavablandırıb.

            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            BDU-da tanınmış alim, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə görüş
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025