BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub

            BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub

            ELM 6 Mart 2025 15:29

            BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində elmi seminar keçirilib.

            Tədbirdə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov bildirib ki, Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd olunur. Ölkəmizdə elmin inkişafına dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini vurğulayan natiq BDU-nun bu proseslərdə aktiv fəaliyyətindən bəhs edib. O, hazırda elmmetriya, elmmetrik təhlil kimi isiqamətlərin aktual olduğunu bildirib, bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqinin zəruriliyini diqqətə çatdırıb, elmi seminarda təqdim olunan mövzunun xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.

            Sonra BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov “Sənəd menecmenti üzrə tədqiqatların elmmetrik təhlili” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, sənəd menecmenti müasir informasiya idarəetməsinin mühüm komponentlərindən biridir: “Son illərdə bu sahədə elmi tədqiqatların sayı artıb, rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar olaraq sənəd menecmentinin müxtəlif aspektləri əsaslı şəkildə araşdırılıb. Bu baxımdan sənəd menecmenti üzrə aparılan tədqiqatların elmmetrik təhlili və sahə üzrə elmi fəaliyyətin dinamikasının qiymətləndirilməsi məruzədə əsas vəzifələrdən biri kimi qarşıya qoyulub”.

            Tədqiqatda sənəd menecmenti sahəsində nəşr olunmuş elmi məqalələr, onların beynəlxalq elmi bazalarda (“Scopus”, “Web of Science”, “Google Scholar” və s.) indeksləşdirilmə dinamikası, əsas tədqiqat istiqamətləri, istinad göstəriciləri və elmi əməkdaşlıq şəbəkələri araşdırılıb. Elmmetrik göstəricilər əsasında bu sahədə ən çox sitat gətirilən məqalələr, aparıcı müəlliflər, nüfuzlu elmi jurnallar və aktual tədqiqat trendləri müəyyən edilib. Araşdırmada həmçinin sənəd menecmenti üzrə elmi tədqiqatların beynəlxalq səviyyədə inkişaf tendensiyası, bu sahədə elmi əməkdaşlıq şəbəkələrinin və akademik təsirin təhlili, rəqəmsal sənəd idarəetmə sistemlərinin rolu və perspektivləri kimi vacib istiqamətlər öyrənilib.

            Elmi seminar müzakirələrlə davam edib.

            BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub
            BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub
            BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub
            BDU-da sənəd menecmenti üzrə tədqiqatlar elmmetrik təhlil olunub
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025