BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib

            BDU-da “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib

            ELM 7 May 2026 21:53

            BDU-da “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib

            Bakıda keçirilən 19-cu “Beynəlxalq Kənd Təsərrüfatı həftəsi – Caspian Agro Week” çərçivəsində Bakı Dövlət Universitetində (BDU) “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq forum keçirilib. Forumda iqlim dəyişikliyinin kənd təsərrüfatına vurduğu zərərlər və bu risklərin idarə olunmasında aqrar sığorta mexanizminin əhəmiyyəti müzakirə olunub.

            Tədbiri girişı sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında aqrar sığortanın əhəmiyyətinə toxunub: “Dolu, sel, daşqın, quraqlıq, şaxta, güclü külək, zərərvericilər və iqlim dəyişiklikləri fermerin uzun müddət çəkdiyi zəhməti qısa zamanda ciddi zərərə sala bilər. Buna görə də aqrar sahədə risklərin idarə olunması və fermerin qorunması xüsusi əhəmiyyət daşıyır. Aqrar sığorta məhz bu baxımdan mühüm təminat mexanizmidir”,  - deyə rektor vurğulayıb.

            Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bütün dünyada olduğu kimi, Azəbaycanda da iqlim dəyişiklikləri ən çox kənd təsərrüfatı sahəsinə təsir edir. Ölkəmizdə bu riskləri sığortalamaq və kənd təsərrüfatını iqlim dəyişikliklərinin fəsadlarından qorumaq məqsədilə aqrar sığorta mexanizmi yaradılıb. Nazir qeyd edib ki, aqrar sığorta  dövlətin kənd təsərrüfatına dəstək məqsədilə yaratdığı mühüm bir mexanizm olmaqla, təkcə fermerlərə dəyən zərərləri qarşılamır, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin sabitliyini təmin edir və sahədə əlverişli investisiya mühiti formalaşdırır. 

            Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov aqrar sığorta mexanizminin iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirini azaltmaq üçün ciddi alətə çevrildiyini vurğulayıb: “Təkcə aprel ayında şimal bölgələrində baş verən sel və subasmalar nəticəsində 8 min hektar əraziyə ziyan dəyib. Bu fakt sübut edir ki, aqrar istehsal artıq davamlı deyil, daimi risk altındadır”.

            ASF İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova Forumda dünyada və Azərbaycanda müşahidə olunan iqlim dəyişikliklərinin mənzərəsinə dair geniş təqdimatla çıxış edib. O, 1990–2020-ci illər ərzində Azərbaycanda dolu hadisələrinin təqribən 3 dəfə, daşqınların 18 dəfə, güclü küləkli günlərin sayının isə 12 dəfə artdığını bildirib: “Hazırda Aqrar Sığorta Fondu ölkənin əkin ərazilərinin 95%-ni təminat altına almaq imkanına malikdir. Dövlətin sığorta haqlarının 50%-ni subsidiyalaşdırması isə fermerlərə böyük dəstək olmaqla, onların sığortaya əlçatandığını artırır. Son 5 ildə 700-ə yaxın kənddə fermerlərə 23 milyon manat sığorta ödənişinin edilməsi bu sistemin effektivliyinin bariz nümunəsidir”.

            Forumun “Ortaq risklər, ortaq həllər: Aqrar sığorta modeli” adlı birinci panelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat  və Özbəkistan Aqrar Sığorta Fondunun direktoru Muratjan Açilov iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirləri və regional əməkdaşlığın vacibliyini vurğulayıblar. Qeyd olunub ki, son 30 ildə fəlakətlər qlobal aqrar sektora 4 trilyon dollara yaxın zərər vurub ki, bu da dünyadakı aqrar ÜDM-in 5%-i deməkdir.

            İkinci panel müzakirələri zamanı “Azərkosmos” rəsmisi Murad Camalov peyk monitorinq texnologiyalarının sığorta ekspertizasında tətbiqi, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova iqlim və ekstremal hava hadisələrinin proqnozlaşdırılması, BDU-nun professoru Fərda İmanov iqlim dəyişikliyinin Azərbaycanın su ehtiyatlarına təsiri barədə məlumat veriblər.

            Forum çərçivəsində Aqrar Sığorta Fondu və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb.

            “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” forumu aktiv müzakirələr, tələbələrin suallarının cavablandırılması və media nümayəndələri üçün təşkil olunmuş brifinqlə yekunlaşıb.

            ELM SOSİAL

            Son XƏBƏRLƏR

            08.05.2026 | 18:05

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            08.05.2026 | 17:44

            BDU-da “Azərbaycan” auditoriyası açılıb

            08.05.2026 | 14:31

            BDU əməkdaşları arasında idman yarışları keçirilib

            08.05.2026 | 14:14

            BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib

            08.05.2026 | 14:13

            BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025