BDU-da RİİB-in “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat keçirilib

Bakı Dövlət Universitetində (BDU) “Regional İnkişaf” İctimai Birliyinin “Dekada İdeyaton” müsabiqəsi çərçivəsində təqdimat keçirilib.
“BDU könüllüləri” təşkilatının layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilova bildirib ki, bu cür layihələr gənclərin ideyalarını reallaşdırması və öz potensiallarını ortaya qoyması üçün mühüm platforma rolunu oynayır. Universitet mühitində innovativ təşəbbüslərin təşviqi tələbələrin inkişafına və onların gələcək fəaliyyətlərinə müsbət təsir göstərir.
“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva, qurumun əməkdaşları Vəfa Ağalarova və Fuad Adgözəlov çıxış edərək layihənin məqsədi, iştirak şərtləri, seçim mərhələləri və gözlənilən nəticələr barədə ətraflı məlumat veriblər.
Tədbir sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, müsabiqənin məqsədi “Regional İnkişaf” İctimai Birliyinin 10 illik fəaliyyəti ərzində əldə etdiyi bilik və təcrübəni gənclərlə bölüşmək, onların texnoloji bacarıqlarını, yaradıcılıq potensialını və komanda işi vərdişlərini inkişaf etdirmək, süni intellekt və innovasiya sahələrində müasir çağırışlara cavab verən yeni ideyaların formalaşmasına dəstək olmaqdır.
Müsabiqədə iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/oWqwXnLKdxAbimTy5