BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Respublika Gənclər Kitabxanasına dair elmi seminar

            BDU-da Respublika Gənclər Kitabxanasına dair elmi seminar

            ELM 17 Noyabr 2025 11:26

            BDU-da Respublika Gənclər Kitabxanasına dair elmi seminar

            Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının komplektləşdirilmə mənbələri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Lalə Məmmədova məruzə edib.

            Məruzədə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyət istiqamətləri öyrənilib, kitabxananın strukturu, fondu, komplektləşdirilmə mənbələri, oxucu sayı, kitabxanada həyata keçirilən elektronlaşdırma prosesləri araşdırılıb, kitabxananın elektron informasiya resursları təhlil olunub. Kitabxananın komplektləşdirilməsinin müxtəlif mənbələr vasitəsilə həyata keçirildiyini bildirən məruzəçi fondun formalaşmasında rol oynayan satınalmalar, ölkə nəşriyyatları ilə birgə fəaliyyət, müəlliflər və digər hüquqi və fiziki şəxslər tərəfindən kitabxanaya hədiyyə  edilən kitablar, digər kitabxanalarla aparılan resurs mübadiləsi barədə ətraflı məlumat verib, xüsusilə elektron informasiya resurslarının davamlı olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb: “Kitabxananın müvafiq şöbəsi tərəfindən elektron kitabxanaya daxil edilən resursların sayı davamlı olaraq artırılır, gənc oxucuların maraq dairəsində yer tutan sahələr üzrə yerli və xarici müəlliflərin əsərləri fonda daxil edilir”.

            Komplektləşdirilmədə strateji planlaşdırmanın vacibliyini vurğulayan tədqiqatçı aktual mövzuların və mövzulara görə alt kateqoriyaların müəyyənləşdirilməsi, yeni nəşrlərin seçimi və gələcək fond ehtiyacının təhlili, oxucuların maraq dairəsinin və oxucu zövqünün izlənilməsi, abunəliklərin idarə olunması, həmçinin maliyyə resurslarının səmərəli istifadəsi kimi məsələləri şərh edib. Kitabxananın müəlliflərlə görüşləri, təşkil etdiyi imza günləri və kitab təqdimatları, ali təhsil müəssisələri ilə, xarici kitabxanlarla əlaqələri, rəqəmsal platformalarda iştirakı kimi istiqamətləri araşdırıb. Məruzədə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fondunun inkişaf dinamikası qrafik şəklində təqdim olunub, bir sıra müqayisəli təhlillər aparılıb.

            Elmi seminar müzakirələrlə davam edib.

            BDU-da Respublika Gənclər Kitabxanasına dair elmi seminar
            BDU-da Respublika Gənclər Kitabxanasına dair elmi seminar
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025