BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

            ELM 11 İyun 2026 19:54

            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

            Bakı Dövlət Universitetində (BDU) Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qaliblərin uğurlarının arxasında böyük zəhmət, əzmkarlıq və məqsədyönlü fəaliyyət dayanır. Nazir müavini qeyd edib ki, olimpiada qaliblərinin əldə etdiyi nailiyyətlər yalnız medal və mükafatlarla ölçülmür, onların qazandıqları bilik, bacarıq və düşüncə tərzi gələcək uğurlarının əsasını təşkil edir.

            İdris İsayev əldə olunan nəticələrdə valideynlərin və müəllimlərin rolunu xüsusi qeyd edərək onları təbrik edib, ölkədə təhsilin inkişafı və gənclərin potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Respublika Fənn Olimpiadaları şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kadrlar kimi yetişməsi baxımından mühüm rol oynayır: “Hər dövlətin gücü həm də onun insan kapitalı ilə ölçülür. Bu mənada Respublika Fənn Olimpiadaları ölkəmizin insan potensialının formalaşmasında əsas platformalardan biridir. Bu uşaqların arasında gələcəyin alimləri, həkimləri, iqtisadçıları, dövlət xadimləri əyləşiblər. Əminik ki, siz ölkəmizin gələcək inkişafına öz töhfələrinizi verəcəksiz. Çünki ölkəmizin gələcəyi sizin bilik və bacarıqlarınızdan, Vətənə bağlılığınızdan asılıdır”.

            BDU rektoru Elçin Babayev çıxışında Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl və məqsədyönlü inkişafın müşahidə olunduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğının nəticəsində ölkəmizdə həm orta, həm də ali təhsil səviyyəsində mühüm uğurlar əldə edilir. Respublika Fənn Olimpiadalarının mükafatlandırılması mərasimi də həmin dövlət siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir.

            Rektor diqqətə çatdırıb ki, RFO qalibləri yalnız medal qazanmırlar, ölkənin aparıcı ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ əldə edirlər. Bu isə onların əzminin, zəhmətinin və biliyinin ən yüksək qiymətləndirilməsidir: “BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyi də uzun illərdir ki, ölkəmizin elm və təhsil həyatına dəyərli töhfələr verir. Artıq iyirmi ilə yaxındır fəaliyyət göstərən liseyin şagirdləri hər il müxtəlif olimpiada və müsabiqələrdə uğurla çıxış edirlər. Bu il liseyin 11-ci sinif şagirdi Elman Kərimli kimya fənni üzrə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olmaqla yanaşı, 60-cı Mendeleyev Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb. 9-cu sinif şagirdi Fidan Həşimova kimya fənni üzrə Respublika Fənn Olimpiadasında qızıl, Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında bürünc medal əldə edib. 9-cu sinif şagirdi Alikamal Həsən riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının gümüş medalçısı olmaqla yanaşı, Avropa Riyaziyyat Kubokunda da gümüş medala layiq görülüb. Ümumilikdə isə “Gənc istedadlar” liseyinin şagirdləri 2025/2026-cı tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında 3 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 11 medal qazanıblar".

            Tədbirin rəsmi hissəsindən sonra humanitar fənlər üzrə 32 qızıl, 62 gümüş, 89 bürünc medal qaliblərə təqdim olunub.

            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb
            ELM

            Son XƏBƏRLƏR

            11.06.2026 | 14:20

            BDU-da Milli Qurtuluş Günü qeyd olunub

            11.06.2026 | 14:16

            Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

            11.06.2026 | 12:14

            BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

            11.06.2026 | 09:24

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

            10.06.2026 | 14:17

            BDU tələbələri futzal üzrə Azərbaycan Tələbə Liqasında uğur qazanıblar

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025