BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr

            BDU-da “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr

            SOSİAL 3 Fevral 2025 18:51

            BDU-da “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr keçirilib.

            Tədbirin moderatoru, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov yarandığı gündən ölkəmizin həyatında misilsiz xidmətlər göstərən Bakı Dövlət Universitetinin əsas missiyasının elm və tədris fəaliyyəti ilə yanaşı, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına önəmli töhfələr verən yüksəkixtisaslı mütəxəssis-gənclər yetişdirmək olduğunu qeyd edib. Bildirib ki, “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda təşkil edilən panel müzakirələr post-müharibə dövründən sonra qalib dövlətin qalib gənclərinin qarşısında dayanan əsas hədəflərə həsr olunub.
            Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qlobal aləmdə yeni sistemin yaradılmasına ehtiyac duyulduğunu və bu məsələdə innovativ, ağıllı, müasir düşüncəyə malik gənclərə ehtiyacın olduğunu deyib. O qeyd edib ki, ərazi bütövlüyünü təmin edən və quruculuq prosesinə start verən Azərbaycanda bütün pillələr üzrə təhsilinin keyfiyyətinin artırılması istiqamətində məqsədli işlər görülür. Bu sahədə ali təhsil müəssisələri əsas rol oynayır, çünki universitetlər birbaşa əmək bazarı üçün kadr hazırlayır. Bununla bərabər,  gənclərin elm sahələrinə marağının artırılması da çox vacibdir. Elmin iqtisadiyyata transferi bunu zəruri edir.

            BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycan son 30 il ərzində böyük inkişaf yolu qət edib. Bu inkişaf gənclər üçün yeni imkanlar açır. Modernləşmə dövründə gənclər arasında rəqabətliliyin artması özlüyündə yeni bir mərhələyə təkan verir. Bütün bunlara görə tələbə-gənclər təhsil aldıqları ixtisası ən mükəmməl səviyyədə mənimsəməlidirlər.

            “Regional İnkişaf” İctimai Birliyinin layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin tərkib hissəsi olan könüllülük hərəkatının hazırda ölkəmizdə uğurla icra edildiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi yeni təşkilatların, həmçinin dövlət strukturlarının tərkiblərində könüllü qruplarının yaradılmasına və bunun kütləviləşməsinə təkan verdi. Əmək bazarında təhsil ilə bərabər, təcrübə də əsas götürülür, bu baxımdan könüllülük fəaliyyəti ən yaxşı nümunədir. O, Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) BDU-nun 500-dən çox tələbəsinin könüllü kimi fəaliyyətinin yüksək göstərici olduğunu vurğulayıb.

            Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə Fondun fəaliyyət istiqamətlərindən və gənclər üçün yaratdığı geniş imkanlardan danışıb. Qeyd edib ki, gənclərin fəaliyyətlərinin stimullaşdırılması, təşkilatlara dəstəyin göstərilməsini əsas götürən Fond ölkədə gənclər siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

            Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev gənclərin fəaliyyət və təşəbbüslərinin dövlət tərəfindən kütləvi dəstəkləndiyini deyib. Qeyd edib ki, dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır.

            Tədbir müzakirələr və tələbə-gənclərin suallarının cavablandırılması ilə davam edib.

            BDU-da “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr
            BDU-da “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr
            BDU-da “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025