BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            TƏDRİS 10 Aprel 2026 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynovun Amerika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu “Bloomsbury Academic” nəşriyyatı tərəfindən nəşr olunan “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” (“International Cooperation in the Post-Soviet Space: Former Soviet Republics and Theories of International Politics”) kitabının təqdimat mərasimi keçirilib. Kitab ABŞ-nin Konqres Kitabxanasının kataloquna daxil edilib.

            Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, professor Hicran Hüseynova mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının təhlükəsizlik məsələləri kontekstində qiymətləndirildiyi tədqiqat əsərini yüksək qiymətləndirib. O diqqətə çatdırıb ki, kitabda Azərbaycanın regional siyasətinin əməkdaşlıq və sabitlik baxımından nümunə kimi göstərilməsi heç də təsadüfi deyil: “Düşünürəm ki, ABŞ-nin Konqres Kitabxanasının kataloquna daxil edilən kitab Azərbaycan dövlətinin yürütdüyü uzaqgörən və doğru siyasətin mahiyyətini dünyaya tanıtmaq üçün vasitəyə çevriləcək”.

            Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Soltan Məmmədov böyük elmi, siyasi və geopolitik çəkiyə malik tədqiqat əsərinin regionun beynəlxalq münasibətlər sistemini öyrənmək üçün faydalı olduğunu vuğulayaraq müəllifə uğurlar arzulayıb.

            Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev yeni reallıqlar dövrünü yaşayan Azərbaycanda postsovet məkanında dövlətlərin xarici siyasət davranışlarının formalaşmasına təsir edən daxili siyasi, iqtisadi və institusional amillərin də geniş şəkildə araşdırılmağa ehtiyac duyulduğunu qeyd edib.

            bp-nin Xəzər bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti, BDU-nun Himayəçilər Şurasının üzvü Bəxtiyar Aslanbəyli tarixi hadisələrin siyasi nəzəriyyələrlə qarşılaşdırılaraq müqayisəli təhlilinin aparılmasının xüsusi peşəkarlıq tələb etdiyini və gənc nəslin təhlil bacarığının belə nümunələrlə artdığını qeyd edərək, “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının bu baxımdan tələbə-gənclər üçün önəmli mənbəyə çevriləcəyinə inamını ifadə edib.

            “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimai-siyasi proqramlar studiyasının müdiri Tofiq Abbasov, tanınmış politoloq, jurnalist  Teymur Atayev, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professorları Xalid Niyazov və Ramiz Sevdimalıyev kitabın beynəlxalq münasibətlər sistemində regional proseslərin təhlili baxımından vacib nümunə olduğunu qeyd edərək, müəllifə uğurlar arzulayıblar.

            Sonda kitabın müəllifi, Beynəlxalq münasibətlər kafedrasının dosenti Fərhad Hüseynov təqdimatın təşkilinə görə təşəkkür edib. Qeyd edib ki, 2022-ci ilin may ayında ABŞ-nin Kolumbiya Universitetində keçirilən beynəlxalq konfransdakı təqdimatından sonra “Bloomsbury Academic” nəşriyyatı kitabı nəşr etdirmək təklifi ilə müraciət edib. Kitab beynəlxalq akademik ictimaiyyət tərəfindən də diqqətlə qarşılanaraq ABŞ-nin Konqres Kitabxanasının kataloquna daxil edilib ki, bu da kitabın beynəlxalq akademik dövriyyədə yer almasının mühüm göstəricilərindən biridir.

            TƏDRİS ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            10.04.2026 | 13:52

            BDU Məzunlar Cəmiyyətinin növbəti seminarı - “Azərbaycan kimliyinin əsası: yenən və yenilənən milli kimlik”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025