BDU-da "Planetlərin paradı"nın astronomik müşahidəsi keçirilib

Bakı Dövlət Universitetində (BDU) "Planetlərin paradı"nın astronomik müşahidəsi keçirilib.
Müşahidə tədbiri BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin önündə "Celestron - Schmidt Cassegrain" teleskopu vasitəsilə aparılıb.
“Planetlərin paradı”nda 6 planet iştirak edib. Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanıb. Günəşdən sıralanma ardıcıllığı aşağıdakı kimi olub: Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter.
“Planetlərin böyük paradı”nı Günəş batdıqdan dərhal sonra - təxminən bir saatlıq müddət ərzində izləmək mümkün olub.