BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da panel müzakirə: “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri”

            BDU-da panel müzakirə: “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri”

            ELM 11 Mart 2026 14:37

            BDU-da panel müzakirə: “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri”

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş  tədbirlər çərçivəsində “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri” mövzusunda panel müzakirə keçirilib.

            Tədbirin moderatoru, BDU TEC-nin sədr müavini Raul İmanov urbanizasiyanın müasir dövrdə qlobal miqyasda ən aktual sosial-iqtisadi və ekoloji proseslərdən biri kimi çıxış etdiyini vurğulayıb. Bildirib ki, şəhərləşmə prosesi yalnız əhalinin şəhərlərdə cəmləşməsi ilə məhdudlaşmır, şəhər infrastrukturunun inkişafı, dayanıqlı planlaşdırma, ekoloji tarazlığın qorunması, sosial xidmətlərin əlçatanlığı və innovativ idarəetmə mexanizmlərinin tətbiqi kimi çoxşaxəli məsələləri də əhatə edir. Urbanizasiya proseslərinin elmi əsaslarla öyrənilməsi, şəhər mühitinin davamlı inkişaf prinsipləri əsasında formalaşdırılması və bu istiqamətdə gənc tədqiqatçıların elmi diskussiyalara cəlb olunması xüsusi əhəmiyyət kəsb edir: “Bugünkü panel müzakirə urbanizasiya proseslərinin yaratdığı çağırışların daha dərindən təhlil edilməsinə, müxtəlif sahələr üzrə mütəxəssislər və gənc tədqiqatçılar arasında fikir mübadiləsinin aparılmasına, müasir şəhərlərin inkişaf perspektivləri ilə bağlı yeni ideya və yanaşmaların formalaşmasına xidmət edir”.

            BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının müdiri, dosent Məhluqə Yusifova “Urbanizasiya və şəhərlərin ekologiyası” mövzusunda məruzə ilə çıxış edərək müasir urbanizasiya proseslərinin ekoloji mühitə təsiri, şəhər landşaftlarının transformasiyası və dayanıqlı şəhər inkişafı məsələlərinə elmi aspektdən toxunub. Məruzədə qeyd olunub ki, urbanizasiya yalnız demoqrafik və iqtisadi proses deyil, təbii ekosistemlərin dəyişməsi, şəhər ekosistemlərinin formalaşması, atmosfer, su və torpaq mühitinə antropogen təsirlərin artması ilə xarakterizə olunan kompleks ekoloji prosesdir. Şəhərlərin sürətli genişlənməsi nəticəsində yaşıl zonaların azalması, hava çirklənməsi və resurslardan qeyri-səmərəli istifadə kimi problemlər aktuallaşır. Bu məsələlərin elmi əsaslarla araşdırılması müasir şəhər ekologiyasının əsas tədqiqat istiqamətlərindən birini təşkil edir. Dosent Məhluqə Yusifova çıxışında bu mövzunun qlobal müstəvidə aktuallığını da vurğulayaraq 2024-cü ildə Azərbaycanda keçirilən COP29 çərçivəsində müzakirə edilən iqlim dəyişmələri, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın təmin edilməsi kimi məsələlərin şəhər mühitinin idarə olunması ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıb. Həmçinin bildirib ki, bu il ev sahibliyi etdiyimiz Ümumdünya Şəhərsalma Forumu – WUF13 kimi beynəlxalq platformada da dayanıqlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması və ekoloji cəhətdən balanslaşdırılmış şəhər mühitinin formalaşdırılması əsas müzakirə mövzularından biri kimi çıxış edir. Qlobal iqlim gündəliyi ilə şəhər inkişafı siyasətlərinin uzlaşdırılması müasir dövrdə həm ekoloji təhlükəsizliyin, həm də dayanıqlı şəhər idarəetməsinin əsas prioritetlərindən biri hesab olunur.

            BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin əməkdaşı, doktorant İmran Bayramov “Azərbaycanda şəhər planlaşdırması və şəhər məskunlaşmasının xüsusiyyətləri” mövzusunda çıxış edib. O, ölkədə urbanizasiya proseslərinin tarixi formalaşma mərhələləri, şəhər məskunlaşmasının məkan xüsusiyyətləri və prinsipləri barədə məlumat verib. Şəhərlərin formalaşmasının yalnız inzibati və iqtisadi amillərlə deyil, həm də coğrafi mövqe, təbii resurslar, nəqliyyat-kommunikasiya şəbəkələri və regional inkişaf strategiyaları ilə sıx bağlı olduğunu bildirib. Azərbaycanda şəhər məskunlaşmasının xüsusiyyətləri regionların sosial-iqtisadi potensialı və əhali axınları ilə müəyyən olunur. İmran Bayramov Azərbaycanın müxtəlif şəhərlərindən nümunələr təqdim edərək urbanizasiya prosesinin regional inkişaf, iqtisadi fəaliyyətin mərkəzləşməsi və infrastrukturun genişlənməsi ilə qarşılıqlı əlaqəsini izah edib, şəhər planlaşdırılmasının müasir tələblərə uyğun şəkildə aparılmasının dayanıqlı şəhər inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

            Panel müzakirə çərçivəsində iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar ünvanlanıb, urbanizasiyanın yaratdığı çağırışlar və mümkün həll yolları ətrafında fikir mübadiləsi aparılıb.

            BDU-da panel müzakirə: “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri”
            BDU-da panel müzakirə: “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri”
            BDU-da panel müzakirə: “Urbanizasiya: müasir şəhərlərin çağırışları və perspektivləri”
            ELM

            Son XƏBƏRLƏR

            11.03.2026 | 16:40

            BDU-nun Geologiya fakültəsinin tələbələri Faydalı qazıntılar muzeyində

            11.03.2026 | 16:17

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 23 şagirdi RFO-nun finalında

            11.03.2026 | 15:57

            BDU-da “Elmin izi ilə – Budaq Budaqov” adlı tədbir

            11.03.2026 | 15:21

            BDU-nun Hüquq fakültəsinin tələbələri beynəlxalq məhkəmə müsabiqəsində iştirak ediblər

            11.03.2026 | 15:20

            BDU tələbələri istehlakçı hüquqları ilə bağlı maarifləndirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025