BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır

            BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır

            ELM 13 Mart 2025 09:49

            BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır

            Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Genetika kafedrasının doktorantı, Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Şadər Əlizadənin “Pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi” mövzusunda elmi seminarı keçirilib.

            Biologiya fakültəsinin dekanı, dosent  Afət Məmmədova qeyd edib ki, qlobal iqlim dəyişiklikləri ekosistemlərin vəziyyətini daha da çətinləşdirərək, duzluluq, quraqlıq və digər stres faktorlarının təsirini artırıb. Bu artan ekoloji təzyiqin nəticəsində dünyada kənd təsərrüfatı üçün yararlı torpaqların təxminən üçdə biri duzluluq stresindən əziyyət çəkir. Duzlu mühitin osmotik təzyiqi bitkilərin su alma qabiliyyətini azaldaraq, onların fizioloji və bioloji proseslərini dəyişdirir. Bu səbəbdən duzluluq stresinə davamlı bitki genotiplərinin yaradılması və seleksiyada tətbiqi qlobal kənd təsərrüfatı üçün vacib məsələlərdən biridir.

            Məruzəçi Şadər Əlizadə tədqiqat işində pambığın yerli və introduksiya olunmuş 48 genotipi üzərində müxtəlif təcrübələr aparıldığını deyib. Bildirib ki, NaCl duzunun 100 mM və 200 mM qatılıqlı stres şəraitində gen ekspressiyasının dəyişməsi, stresə qarşı olan biokimyəvi reaksiyalar, biokütlə istehsalı və cücərmə parametrləri qiymətləndirilib. Statistik təhlil və klaster analizi nəticəsində müxtəlif pambıq genotiplərinin duzluluq stresinə qarşı reaksiyaları müqayisə edilib, davamlı və həssas genotiplər müəyyən olunub. Tədqiqatda həmçinin pambıq bitkisi üçün ən uyğun davamlılıq indeksləri də təklif edilib.

            Tədqiqatın nəticələrinin pambıq bitkisi üçün yeni, duza davamlı genotiplərin identifikasiyasına və onların seleksiyada istifadəsinə yol açacağını qeyd edən məruzəçi bu araşdırmanın kənd təsərrüfatında şoranlaşma probleminin qarşısını almağa kömək edəcəyini vurğulayıb.

            Sonda mövzu ilə bağlı suallar cavablandırılıb, tədqiqat işinin effektivliyi müzakirə edilib.

            BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır
            BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır
            BDU-da pambıq genotiplərinin duzluluq stresinə davamlılığının molekulyar genetik tədqiqi aparılır
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025