BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusunda seminar

            BDU-da “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusunda seminar

            SOSİAL 24 Aprel 2026 17:35

            BDU-da “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusunda seminar

            Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə elmi seminarlar silsiləsinin növbəti görüşü “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusuna həsr olunub.

            Seminarda Mərkəzin elmi işçisi Məhruzə Yusifli geniş təqdimatla çıxış edib. Məruzəçi qədim DNT-nin (aDNT) ekstraksiyasından bioinformatik analizə qədər olan müasir tədqiqat metodları, eləcə də bu sahədə əldə olunan son nailiyyətlər barəsində məlumat verib. Paleogenomikanın paleontologiya, genomika və digər multidissiplinar sahələrin sintezi kimi formalaşdığı qeyd olunub. Bildirilib ki, bu sahənin əsasları 1984-cü ildə nəsli kəsilmiş Quagga zebrasından əldə edilən ilk molekulyar nəticələrlə qoyulsa da, paleogenomikada əsl dönüş nöqtəsi Svante Paabo tərəfindən aparılan tədqiqatlar və 2010-cu ildə Denisova insanının kəşfi ilə bağlıdır.

            Seminar zamanı arxeoloji qazıntılar zamanı əldə edilən qalıqlardan, xüsusilə petroz sümük (petrous bone) və dişlərdən endogen qədim DNT-nin qorunması və əldə olunması üsullarından söz açılıb. Paleogenomikanın yalnız qədim insanların fiziki xüsusiyyətlərini deyil, həm də onların genetik quruluşunu və təkamül tarixini öyrənməyə imkan yaratdığı vurğulanıb: “Bu sahədə əsas problemlərdən biri müasir DNT ilə çirklənmə (kontaminasiya) riskidir. Bu baxımdan laborator şərait və metodoloji yanaşmalar xüsusi əhəmiyyət daşıyır”.

            Yeni Nəsil Sekvensləmə (NGS) texnologiyaları və bioinformatik analizlərin insan miqrasiyalarının, qədim epidemiyaların və keçmiş cəmiyyətlərin sosial strukturlarının öyrənilməsində mühüm rolundan da danışılan seminarda arxeoloji materialların destruktiv analizi zamanı etik prinsiplərin qorunması məsələsinə də diqqət çəkilib.

            Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

            BDU-da “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusunda seminar
            BDU-da “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusunda seminar
            BDU-da “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusunda seminar
            SOSİAL

            Son XƏBƏRLƏR

            24.04.2026 | 17:49

            Rumıniyanın Azərbaycandakı səfiri və Petre Andrei Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

            24.04.2026 | 17:30

            BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir

            24.04.2026 | 17:22

            BDU TGT-nin üzvləri IDEA-nın təşkilatçılığı ilə ağacəkmə aksiyasında

            24.04.2026 | 17:21

            BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

            24.04.2026 | 15:10

            BDU-nun Psixoloji yardım sektoru “Qida pozuntuları” adlı maarifləndirici təlim keçirib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025