BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da memarlıq və şəhərsalmada fizika qanunlarının tətbiqi müzakirə olunub

            BDU-da memarlıq və şəhərsalmada fizika qanunlarının tətbiqi müzakirə olunub

            ELM 8 Aprel 2026 16:55

            BDU-da memarlıq və şəhərsalmada fizika qanunlarının tətbiqi müzakirə olunub

            Bakı Dövlət Universitetinin Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbirlər çərçivəsində “Fizika bu gün” adlı elmi seminar keçirilib. Seminar zamanı fakültənin II kurs tələbələri Ülkər Mirzəyeva və Qəmər Neymətova “Memarlığın fizikası: bərpa və dayanıqlılıq” mövzusunda məruzə ilə çıxış ediblər.

            Tələbələr Azərbaycan memarlığının tarixi inkişaf mərhələlərinə nəzər salaraq, Ümummilli Lider Heydər Əliyevin şəhərsalma və memarlıq siyasətində oynadığı rolu xüsusi vurğulayıblar. Qeyd edilib ki, paytaxt Bakıda bir sıra mühüm memarlıq layihələri məhz onun rəhbərliyi dövründə reallaşdırılıb və hazırda bu strateji istiqamət Prezident İlham Əliyevin rəhbərliyi ilə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə sistemli şəkildə davam etdirilir.

            Çıxışlarda şəhərsalma və memarlıq sahəsində fizika qanunlarının tətbiqinin fundamental əhəmiyyəti geniş şəkildə təhlil olunub. Vurğulanıb ki, mexanika qanunları tikililərin konstruktiv dayanıqlılığını və xarici təsirlərə davamlılığını təmin edir, termodinamika prinsipləri isə enerji səmərəliliyinin yüksəldilməsində və istilik itkilərinin minimuma endirilməsində mühüm rol oynayır. Aerodinamika şəhər mühitində külək axınlarının optimallaşdırılmasına, akustika isə səs-küyün idarə olunmasına imkan verir. Elektromaqnetizm və hərəkət dinamikası enerji paylanması və nəqliyyat sistemlərinin səmərəli təşkili baxımından əhəmiyyətli hesab olunur. Eyni zamanda, optika qanunları, xüsusilə tərsinə kvadrat qanunu məkanların rasional işıqlandırılmasının təmin edilməsində əsas rol oynayır, səthlərin fiziki xüsusiyyətləri isə işığın paylanmasına və vizual mühitin formalaşmasına birbaşa təsir göstərir.

            Bununla yanaşı, nanotexnologiyanın müasir şəhərsalmada tətbiq imkanları da diqqətə çatdırılıb. Qeyd olunub ki, özünü bərpa edən materiallar tikililərin istismar müddətini artırır, fotokatalitik örtüklər isə Günəş enerjisinin təsiri ilə çirkləndiriciləri parçalayaraq həm səthlərin təmizliyini qoruyur, həm də ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edir. Ümumilikdə, fizika və nanotexnologiyanın inteqrasiyası şəhərsalmanın funksional və ekoloji dayanıqlılığının təmin edilməsində mühüm amil kimi dəyərləndirilib.

            Sonda təqdimat çərçivəsində Beynəlxalq Muğam Mərkəzi və Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq nümunələri üzərində aparılan yanaşmalar praktiki baxımdan nümayiş etdirilib.

            BDU-da memarlıq və şəhərsalmada fizika qanunlarının tətbiqi müzakirə olunub
            BDU-da memarlıq və şəhərsalmada fizika qanunlarının tətbiqi müzakirə olunub
            BDU-da memarlıq və şəhərsalmada fizika qanunlarının tətbiqi müzakirə olunub
            BDU-da memarlıq və şəhərsalmada fizika qanunlarının tətbiqi müzakirə olunub
            ELM

            Son XƏBƏRLƏR

            10.04.2026 | 18:41

            BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

            10.04.2026 | 18:24

            BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

            10.04.2026 | 18:20

            Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

            10.04.2026 | 15:43

            Bakı məktəbliləri üçün BDU-da infosessiya

            10.04.2026 | 15:27

            BDU-da QS tərəfindən təşkil olunan “Reimagine Education” müsabiqəsi ilə bağlı təlim

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025