BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Memarlıq və şəhər sosiologiyası” adlı tədbir

            BDU-da “Memarlıq və şəhər sosiologiyası” adlı tədbir

            SOSİAL 3 Mart 2026 11:23

            BDU-da “Memarlıq və şəhər sosiologiyası” adlı tədbir

            Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının təşkilatçılığı ilə “Memarlıq və şəhər sosiologiyası” adlı tədbir keçirilib.

            Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il Sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumları və 2026-cı ildə 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ölkəmizin davamlı urbanizasiya prosesindəki artan rolunu və beynəlxalq əməkdaşlığının uğurunu nümayiş etdirir.

            Kafedra müdiri diqqətə çatdırıb ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13 şəhərsalma ilə bağlı ən aktual məsələləri müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən olan hökumət nümayəndələri, alimlər, biznesmenlər, icma rəhbərləri və digər maraqlı tərəfləri bir araya gətirən qlobal platformadır.

            2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin təsadüfi olmadığını bildirən Üzeyir Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə çıxışlarının şəhər sosiologiyası baxımından mühüm məna kəsb etdiyini vurğulayıb: “Hazırda respublikamızda paytaxtdan başlayaraq ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma layihələri həyata keçirilir. ”Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır”.

            Sonra Üzeyir Şəfiyev Qərb tədqiqatçılarının şəhər sosiologiyası istiqamətindəki tədqiqatlarına istinad edərək, sosial sahə mütəxəssislərinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirə biləcəkləri layihələrlə bağlı təkliflərini səsləndirib.

            Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

            BDU-da “Memarlıq və şəhər sosiologiyası” adlı tədbir
            SOSİAL

            Son XƏBƏRLƏR

            03.03.2026 | 15:21

            BDU-da “Müasir linqvistik paradiqmalar” mövzusunda elmi seminar

            03.03.2026 | 14:48

            BDU-da elmi seminar: “Azərbaycan və Koreya dillərində yönlük halın ifadə vasitələrinin müqayisəli tədqiqi”

            03.03.2026 | 14:47

            BDU-da mülkiyyət hüququna xitam verilməsi hallarına dair elmi seminar keçirilib

            03.03.2026 | 13:16

            “Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında”

            03.03.2026 | 12:26

            BDU tələbələri ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025