BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib

            BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib

            BEYNƏLMİLƏLLƏŞMƏ 17 Sentyabr 2025 13:13

            BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib

            Bakı Dövlət Universitetində (BDU) “Xarici keyfiyyət təminatı” mövzusunda təlim təşkil olunub. Təlim rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasovun rəhbərliyi ilə keçirilib.

            Qeyd olunub ki, BDU artıq magistratura səviyyəsində tədris olunan 14 proqramın beynəlxalq akkreditasiyasına start verib və bu təşəbbüs universitetin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini gücləndirməyə xidmət edir. Təlim çərçivəsində Qazaxıstan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyinin (IQAA) beynəlxalq akkreditasiya meyarları geniş müzakirə olunub.

            Təlimin əsas məqsədi ali təhsil müəssisələrində keyfiyyət təminatı sahəsində müasir çağırışların və beynəlxalq təcrübənin müzakirəsi, mövcud vəziyyətin təhlili və gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsidir. Müzakirələr zamanı ali təhsildə keyfiyyət təminatının yalnız tədris prosesinin səmərəliliyini ölçən mexanizm olmadığı, həm də təhsil müəssisələrinin strateji idarəçiliyi, akademik mühitin inkişafı və tələbəyönümlü yanaşmanın təmin olunması üçün əsas alət olduğu vurğulanıb.

            Təlimdə qeyd olunub ki, davamlı inkişafı təmin edən keyfiyyət mexanizmləri təhsil proqramlarının mütəmadi qiymətləndirilməsi, tədris resurslarının optimallaşdırılması, tələbə nailiyyətlərinin monitorinqi, məzunların əmək bazarındakı uğurları və maraqlı tərəflərin prosesə aktiv cəlbi kimi göstəricilərə əsaslanır. Bu çərçivədə keyfiyyət təminatı tələbələrin məmnunluğunu, təhsil nəticələrinin səmərəliliyini və elmi potensialın inkişafını təşviq edən kompleks yanaşmadır.

            Asiman İlyasov çıxışında ali təhsildə keyfiyyət təminatının həm milli, həm də qlobal səviyyədə artan əhəmiyyətini vurğulayaraq bildirib ki, bu mexanizmlərin tətbiqi universitetlərin rəqabət qabiliyyətini yüksəldir, onların beynəlxalq elmi-təhsil məkanında mövqeyini gücləndirir.

            Təlimin yekununda bildirilib ki, BDU-da həyata keçirilən bu cür tədbirlər ali təhsil müəssisəsində keyfiyyət təminatının institusional səviyyədə daha da möhkəmləndirilməsinə, şəffaflıq və hesabatlılığın artırılmasına, həmçinin davamlı inkişaf və innovativ yanaşmaların tətbiqinə xidmət edir.

            BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib
            BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib
            BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025