BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb

            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb

            TƏDRİS 12 Mart 2026 17:56

            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb

            Bakı Dövlət Universitetində (BDU) Qazaxıstan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (IQAA) tərəfindən həyata keçirilən beynəlxalq proqram akkreditasiyası çərçivəsində müvafiq ixtisaslaşmalar üzrə formalaşdırılmış Akkreditasiya komissiyalarının sahə səfəri başlayıb. Akkreditasiya prosedurlarına uyğun olaraq, magistratura səviyyəsində tədris olunan 14 təhsil proqramı üzrə beynəlxalq ekspert komissiyaları tədris prosesinin və fəaliyyətlərin yerində qiymətləndirilməsini aparmaq məqsədilə Universitetdə fəaliyyətə başlayıblar.

            IQAA-nın nümayəndələri ilə BDU-nun rəhbərliyi və struktur bölmə rəhbərləri arasında görüş keçirilib. Görüşdə BDU-nun rektoru Elçin Babayev Universitetin son illərdə əldə etdiyi nailiyyətlər və keyfiyyət təminatı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov isə Universitetdə daxili və xarici keyfiyyət təminatı sistemlərinin qurulması, onların effektivliyinin və davamlılığının təmin olunması istiqamətində görülən işlər barədə çıxış edib.

            Daha sonra IQAA-nın prezidenti Şolpan Kalanova beynəlxalq akkreditasiyanın ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin inkişafında rolu və əhəmiyyəti barədə məlumat verib, sahə səfərinin gündəliyi ilə bağlı iştirakçıları məlumatlandırıb. Akkreditasiya Komissiyasının üzvlərindən biri, Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti Miras Daulenov IQAA tərəfindən tətbiq olunan qiymətləndirmə meyarları barədə təqdimat edib, akkreditasiya prosesinin əsas prinsiplərini iştirakçıların diqqətinə çatdırıb və prosesdə iştirak edənlərə uğurlar arzulayıb.

            BDU ilə IQAA arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilən beynəlxalq proqram akkreditasiyası prosesi Avropa Ali Təhsil Məkanında qəbul edilmiş Avropa Standartları və Təlimatlarına (ESG) uyğun şəkildə aparılır. 14 təhsil proqramının beynəlxalq akkreditasiya qiymətləndirilməsini həyata keçirən Akkreditasiya komissiyalarının tərkibinə Pakistan, Türkiyə, Sloveniya və Qazaxıstandan beynəlxalq ekspertlər cəlb olunub.

            Sahə səfəri çərçivəsində ekspertlər Universitetin akademik və inzibati heyəti, tələbələr, məzunlar və işəgötürənlərlə görüşlər keçirəcək, həmçinin təhsil proqramlarının məzmunu, təlim və tədris metodları, keyfiyyət təminatı mexanizmləri və BDU-nun maddi-texniki bazası ilə yaxından tanış olacaqlar.

            Qeyd edək ki, IQAA Avropa Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür və Avropa Keyfiyyət Təminatı Reyestrində (EQAR) rəsmi qeydiyyata alınıb. Bu isə həyata keçirilən akkreditasiya prosesinin beynəlxalq standartlara uyğun aparıldığını və onun nəticələrinin beynəlxalq səviyyədə tanınmasını təmin edir.

            Hazırda həyata keçirilən sahə səfəri BDU-da tədris olunan təhsil proqramlarının keyfiyyətinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, akademik mühitin daha da inkişaf etdirilməsi və Universitetin qlobal rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            BDU-da IQAA-nın beynəlxalq proqram akkreditasiyası çərçivəsində ekspertlərin sahə səfəri başlayıb
            TƏDRİS ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            12.03.2026 | 16:49

            Böyük Britaniyanın Koventri Universitetinin Qazaxıstan filialının prezidenti BDU-da

            12.03.2026 | 16:13

            BDU-da “Xristian rituallarında yaşadılan tariximiz” mövzusunda elmi seminar keçirilib

            12.03.2026 | 15:45

            Professor Araz Əliquliyev BDU-da “Şəxsiyyət pozuntuları: tarix, təsnifat, epidemiologiya və klinika” mövzusunda mühazirə deyib

            12.03.2026 | 14:13

            BDU-da elmi seminar: “Maliyyə-iqtisadi zaman sıralarının spektral kointeqrasiya analizi”

            12.03.2026 | 13:20

            “Kainatın kimyəvi təkamülündə elementlərin yaranma mərhələləri”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025