BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

            BEYNƏLMİLƏLLƏŞMƏ 26 Oktyabr 2026 10:58

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

            Bakı Dövlət Universitetində (BDU) nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Quacquarelli Symonds” (QS) və Böyük Britaniyanın Ekseter Universitetinin birgə təşəbbüsü olan “FUTURE17 SDG Challenge” beynəlxalq proqramının 4 həftəlik ilkin hazırlıq mərhələsinin başa çatması ilə əlaqədar görüş keçirilib. Tədbirdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, proqram iştirakçıları və mentorlar iştirak ediblər.

            Görüşdə ilkin mərhələnin nəticələri, növbəti addımlar və komanda fəaliyyətinin təşkili müzakirə olunub. BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov  beynəlxalq əməkdaşlığın tələbələrin peşəkar inkişafına, akademik biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsinə və qlobal çağırışlara innovativ həllər hazırlanmasına verdiyi töhfəni vurğulayıb.

            Tədbirdə tələbələrin layihə ideyaları dinlənilib, icra prosesində yarana biləcək çətinliklər və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

            Proqram çərçivəsində BDU tələbələri müxtəlif ölkələrdən olan tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək davamlı inkişafın müxtəlif istiqamətlərini əhatə edən 27 layihə üzərində çalışırlar. Layihələr məşğulluqda bərabər imkanların genişləndirilməsi, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, rəqəmsal texnologiyalar, süni intellekt, gənclərin iştirakı və dayanıqlı kənd təsərrüfatı kimi sahələri əhatə edir. Təşəbbüslər arasında “Məşğulluqda bərabər imkanların yaradılmasına maneələrin aradan qaldırılması”, “Dəyişiklik nəfəsi: Təmiz hava məktəblərinin qlobal şəbəkəsinin genişləndirilməsi”, “Səhiyyə və diaqnostika üçün əlçatan, münasib qiymətli və süni intellekt əsaslı həllin hazırlanması”, “İnkişaf ərazilərinin operativ ekoloji ilkin qiymətləndirilməsi üçün rəqəmsal alətin hazırlanması” və “Dayanıqlı akvaponika sistemlərində qərarların qəbulu üçün etik süni intellekt” kimi layihələr yer alır. Layihələr Birləşmiş Krallıq, Portuqaliya, Nigeriya, Yaponiya, İndoneziya və Yeni Zelandiyadan olan təşkilatlarla əməkdaşlıq çərçivəsində icra edilir.

            Prosesdə fəal iştirak edən BDU mentorları tələbələrə ideyaların inkişafı və innovativ həllərin tətbiqi istiqamətində dəstək göstərirlər. Proqramın növbəti mərhələsində beynəlxalq komandalarla birgə araşdırmaların aparılması və nəticəyönümlü təkliflərin hazırlanması nəzərdə tutulur ki, bu da tələbələrin tənqidi düşünmə, kommunikasiya və layihə idarəetməsi bacarıqlarını inkişaf etdirəcək.

            Qeyd edək ki, QS və Böyük Britaniyanın Ekseter Universitetinin birgə təşəbbüsü olan “FUTURE17 SDG Challenge” beynəlxalq proqramı tələbələrin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəli real problemlərin həllinə yönəlmiş layihələr hazırlamasını dəstəkləyir. Proqram akademik biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq təcrübəsinin qazanılmasına və qlobal dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verilməsinə şərait yaradır. BDU proqramın tərəfdaşları sırasında yer alır.

            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
            BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            26.10.2026 | 12:48

            Xəyallarının ardınca BDU-ya...- Prezident təqaüdçüsü olan rəfiqələrin uğur hekayəsi

            26.10.2026 | 09:42

            BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

            25.10.2026 | 18:00

            BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

            25.10.2026 | 17:00

            XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

            24.10.2026 | 14:00

            BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025