BDU-da Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair interaktiv xəritənin təqdimatı
SOSİAL
23 May 2025 13:54

Bakı Dövlət Universitetində (BDU) "Environmental Protection First" koalisiyasının hazırladığı Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin ətraf mühitə mənfi təsirlərini əks etdirən interaktiv xəritənin təqdimatı keçirilib.
Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov və koalisiyanın üzvü Müqabil Bayramov koalisiyanın fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Koalisiyanın həmtəsisçisi Amin Məmmədov bildirib ki, görüşün əsas məqsədi BDU-nun professor-müəllim heyəti və tələbələrini Ermənistanın dağ-mədən sənayesinin Qafqazda ətraf mühitə təsiri barədə məlumatlandırmaq, bunun nəticəsində ətraf mühitə dəyən zərərin qiymətləndirilməsi istiqamətində birgə fəaliyyətə qoşulmağa təşviq etməkdir.
Qeyd olunub ki, Ermənistan ərazisində 20-dən çox nöqtədə, Azərbaycanla həmsərhəd bölgələrə yaxın ərazilərdə müxtəlif əlvan və qara metallar hasil edən sənaye müəssisələrinin peyk görüntüləri əsasında geniş hesabat və interaktiv xəritə hazırlanıb. İnteraktiv xəritənin hazırlanmasında müxtəlif illərə aid xəritələrdən, arxiv və digər hesabat materiallarından geniş istifadə olunub.
Sonra xəritənin hazırlandığı interaktiv saytın əyani təqdimatı keçirilib və saytın funksional imkanları barədə məlumat verilib.
Tədbir müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb.
Son XƏBƏRLƏR
28.07.2026 | 16:48
BDU-da keçirilən “Açıq qapı” günündə 400-ə yaxın abituriyent iştirak edib
28.07.2026 | 16:42
BDU rektoru abituriyentlərlə görüşüb
28.07.2026 | 16:39
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28.07.2026 | 15:51
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
27.07.2026 | 14:14