BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Əməkdar jurnalist Səadət Məmmədovanın “Qaraqaya döyüşü” filmi nümayiş olunub

            BDU-da Əməkdar jurnalist Səadət Məmmədovanın “Qaraqaya döyüşü” filmi nümayiş olunub

            SOSİAL 26 Fevral 2025 16:40

            BDU-da Əməkdar jurnalist Səadət Məmmədovanın “Qaraqaya döyüşü” filmi nümayiş olunub

            Bakı Dövlət Universitetində (BDU) Əməkdar jurnalist, ATV prezidentinin informasiya yayımı üzrə müşaviri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın Xocalı soyqırımından bəhs edən “Qaraqaya döyüşü” filmi nümayiş olunub. Film tanınmış jurnalistin müəllifi olduğu və ATV kanalında yayımlanan “Ağdam və mən” sənədli-publisistik filmlər silsiləsinə daxil olan 50-dən artıq filmdən biridir.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bəşəriyyətin ən qanlı səhifəsi - Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə Univetsitetdə silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, tələbə-gənclər Azərbaycan xalqının başına gətirilən faciələri və tarixi qələbəmizi şərtləndirən amilləri bilməlidirlər. “Qaraqaya döyüşü” filmi də qanlı tariximizin unudulmaması baxımından çox əhəmiyyətlidir.

            Əməkdar jurnalist Səadət Məmmədova filmin Xocalı soyqırımı qurbanlarının erməni terrorundan, qanlı qırğından qaçıb Ağdama doğru üz tutduqları istiqamətdə yerləşən Qaraqayadan və məhz bu ərazidə Xocalı sakinlərini xilas etmək üçün aparılan döyüşdən bəhs etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, vizual məlumatları daha yaxşı mənimsəyən gənc nəsil üçün bu cür filmlər önəmli tarixi tədqiqat mənbəyi rolunu oynayır.

            Daha sonra filmə baxış keçirilib.

            BDU-da Əməkdar jurnalist Səadət Məmmədovanın “Qaraqaya döyüşü” filmi nümayiş olunub
            BDU-da Əməkdar jurnalist Səadət Məmmədovanın “Qaraqaya döyüşü” filmi nümayiş olunub
            BDU-da Əməkdar jurnalist Səadət Məmmədovanın “Qaraqaya döyüşü” filmi nümayiş olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.02.2026 | 17:29

            BDU-nun rektoru Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının Rəhbər Komitə iclasında məruzə ilə çıxış edib

            05.02.2026 | 14:26

            BDU-da dünya şöhrətli alim Lütfi Zadənin 105 illik yubileyi qeyd olunub

            05.02.2026 | 11:06

            BDU-da Çin Yaz Festivalı keçirilib

            05.02.2026 | 09:47

            BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025