BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da elmi seminar - “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar”

            BDU-da elmi seminar - “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar”

            ELM 15 Aprel 2026 16:35

            BDU-da elmi seminar - “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar”

            Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Əhali coğrafiyası laboratoriyasının elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Bəyimxanım Hüseynovanın “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar” mövzusunda elmi seminarı keçirilib.

            BDU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri, dosent Saleh Nağıyev XXI əsrdə urbanizasiya proseslərinin çoxşaxəli inkişafına diqqət çəkərək, bu istiqamətdə aparılan tədqiqatların həm ölkə, həm də dünya miqyasında aktual elmi çağırışlardan olduğunu deyib.

            Məruzəçi Bəyimxanım Hüseynova dünyanın müxtəlif regionlarında müşahidə olunan urbanizasiya proseslərinin əsas xüsusiyyətlərini diqqətə çatdırıb, şəhərlərin yaranması, inkişaf mərhələləri və ərazi təşkili prinsipləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən əsrdə qlobal miqyasda sürətli şəhərləşmə prosesi geniş vüsət alıb, bu tendensiya xüsusilə inkişaf etməkdə olan ölkələrdə iri şəhər aqlomerasiyalarının formalaşması ilə müşayiət olunub və hazırda da davam edir. Şəhər sistemlərinin miqyas və funksional xüsusiyyətlərə görə düzgün təsnifatı böyük şəhərlərin qarşılaşdığı sosial-iqtisadi problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyimxanım Hüseynova sürətlə artan urbanizasiya şəraitində dayanıqlı və yaşana bilən şəhər mühitinin formalaşdırılması imkanlarından bəhs edərək, müxtəlif regionlarda urbanizasiya proseslərinin spesifik cəhətlərini müqayisəli şəkildə təhlil edib.

            Sonda tələbə və müəllimlərlə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

            BDU-da elmi seminar - “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar”
            BDU-da elmi seminar - “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar”
            BDU-da elmi seminar - “XXI əsrdə urbanizasiya: trendlər, problemlər və imkanlar”
            ELM

            Son XƏBƏRLƏR

            17.04.2026 | 18:18

            BDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr ounmuş tədbir

            17.04.2026 | 18:10

            BDU-da Xaraba Gilanda aparılmış son arxeoloji qazıntıların nəticələri təqdim olunub

            17.04.2026 | 17:26

            BDU-da “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində AQUPDK-nın sədri Bahar Muradova ilə görüş

            17.04.2026 | 16:55

            BDU-da “CareerPlus” İnkişaf Proqramına dair infosessiya

            17.04.2026 | 16:40

            BDU-da Aşıq Ələsgərin 205 illik yubileyinə həsr edilmiş bədii gecə

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025