BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

            SOSİAL 29 Dekabr 2024 16:11

            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

            Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bu əlamətdar günün ölkəmizin tarixinin ən şərəfli günlərindən biri olduğunu deyib. O qeyd edib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul edilib. 1992-ci ildə bu bayram ilk dəfə dövlət səviyyəsində rəsmən qeyd olunub. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Ulu Öndərin imzaladığı Sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirib.

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III,  2016-cı ildə IV, 2022-ci ildə V Qurultayının keçirilməsi həmrəyliyimizin möhkəmləndirilməsi və diaspor quruculuğu işinə əsaslı töhfələr verib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, baş qaldırmış milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin, milli həmrəyliyin bariz nümunəsidir. Heç bir gün çəkməyən lokal antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, suverenliyimizin bərpa olunması ən müasir tariximizə daha bir zəfər kimi yazıldı. Bütün bu qələbələrimiz məhz Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşməsi, milli həmrəylik nümayiş etdirməsinin nəticəsidir.

            Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika fakedrasının müdiri Anar İsgəndərov, MM-in Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə komitəsinin sədri, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Tarix fakültəsinin dosenti Səidə Quliyeva çıxışlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən söz açıb, qələbələrimiz üçün əsas zəmin olduğunu bildiriblər. Qeyd olunub ki, 1993-cü ilin 15 iyunundan başlayaraq Azərbaycan milli qurtuluşdan Zəfərə qədər böyük bir yol keçib. Bu müddətdə xalqımızın milli həmrəyliyi daha da güclənərək, sonunda “Dəmir yumruğ”a çevrilib və düşmənin başını əzib.

            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
            BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025