BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda Beynəlxalq konfrans keçirilib

            BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda Beynəlxalq konfrans keçirilib

            30 Dekabr 2021 12:47

            BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda Beynəlxalq konfrans keçirilib

            Bakı Dövlət Universitetidə (BDU) 29-30 dekabr tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin 30 illik yubileylərinə həsr edilmiş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda IV Beynəlxalq elmi konfransı keçirilib.

            Konfransın plenar iclasında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən yolunda  canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

            Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəllikllərinə əks etdirən video-təqdimat və BDU-ya infotur təqdim edilib.

            İclasda konfransın təşkilat komitəsinin sədri, BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov qeyd edib ki, dünya azərbaycanlılarının birliyinin yaradılması prosesi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə reallaşıb. Xalqımızın milli birlik ideyası olan azərbaycançılıq ideologiyası və azərbaycanlıların 31 dekabrı bütün dünyada yüksək səviyyədə qeyd etməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

            Sonra konfransın təşkilat komitəsi sədrinin müavini Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev çıxış edərək bu il dördüncüsü keçirilən konfransın tarixi, əhəmiyyəti və məqsədi, eləcə də təşkilati məsələlər barədə məlumat verib.

            Plenar iclasda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Ukraynanın "Kyivо-Mohılyanska Akademiya" Milli Universitetinin Humanitar elmlər fakültəsinin professoru Fərhad Turanlı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Leyla Hüseynova çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyi, diaspor və lobbi fəaliyyəti, azərbaycanlı mühacirlərin yaşadıqları ölkələrdə  təhsilin, elmi­n inkişafında fəaliyyətləri və s. haqqında söhbət açıblar.

            İki gün davam edən konfransın bölmə iclaslarında “Tarixi Azərbaycan torpaqları: etno-siyasi, demoqrafik proseslər, ərazi və əhali məsələləri”, “Dövlətçilik tarixinə baxışlar”, “Azərbaycanın istiqlalı uğrunda mübarizə”, “Azərbaycan Respublikası müstəqillik illərində: beynəlxalq əməkdaşlıq istiqamətləri”, “Qarabağın tarixi retrospektivdə, ermənilərin ərazi iddiaları və tarixi ədalətin bərpası” istiqamətlərində məruzələr dinlənilib.

            Azərbaycan, Türkiyə, Ukrayna, Cənubi Koreya, Polşa və Rusiyanın 13 elm və təhsil müəssisəsindən olan iştirakçılar 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra beynəlxalq səviyyədə tarixi-demoqrafik və demoqrafik prosesləri elmi təhlil ediblər.

            Son XƏBƏRLƏR

            05.12.2025 | 22:37

            "Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir

            05.12.2025 | 22:16

            BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində panel müzakirə

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025