BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub

            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub

            SOSİAL 26 May 2026 18:14

            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub

            Bakı Dövlət Universiteti (BDU), Xarici İşlər Nazirliyi, ”BDU könüllüləri” və “Diplomatiya könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniya Respublikasındakı səfiri, ölkəmizin BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev olub.

            BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Bakı Dövlət Universitetinin ölkənin yüksəkixtisaslı kadrlarla təmin edilməsində vacib rolunu diqqətə çatdırıb. O bildirib ki, BDU-nun yaxın əməkdaşlıq etdiyi dövlət qurumlarından biri də Xarici İşlər Nazirliyidir. Əliş Ağamirzəyev Sultan Hacıyevin həm dövlət qulluqçusu, həm də beynəlxalq mülki xidmət əməkdaşı kimi 28 ildən artıq peşəkar təcrübəyə malik olduğunu bildirib. Qeyd edib ki, Sultan Hacıyev fəaliyyəti dövründə bir sıra strateji təşəbbüs və missiyalara rəhbərlik edib. O, xüsusilə post-münaqişə dövründə yenidənqurma, bərpa və minatəmizləmə istiqamətləri üzrə həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq tərəfdaşlıq proqramlarının həyata keçirilməsinə töhfə verib. Səfir həm də Azərbaycanı beynəlxalq platformalarda, o cümlədən COP və WUF sessiyaları daxil olmaqla ətraf mühit, şəhərsalma və inkişaf mövzularına həsr olunan mühüm tədbirlərdə təmsil edib. Beynəlxalq mülki xidmət sahəsindəki fəaliyyəti müddətində Sultan Hacıyev həm BMT-nin baş qərargahında, həm də Əfqanıstan, Liviya, İraq, Somali kimi mürəkkəb fövqəladə vəziyyət hökm sürən müxtəlif ölkələrdə çalışıb. Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsini fəal şəkildə təbliğ edib. Prorektor belə zəngin təcrübəyə malik diplomatlarla görüşlərin tələbələr üçün karyera quruculuğu baxımından çox faydalı olduğunu diqqətə çatdırıb.

            Səfir Sultan Hacıyev məzunu olduğu BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı olmaqdan qürur duyduğunu bildirib. O, tələbələrə diplomatik xidmətin əsas prinsipləri, üstün cəhətləri və qarşıya çıxan problemlər, bu sahədə uğur qazanma yolları, dünyada böhran hallarının idarə olunması, Azərbaycanın bir çox ölkələrə, o cümlədən Keniyaya göstərdiyi humanitar dəstək barədə məlumat verib, özünün təcrübəsini bölüşüb. O qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini heç bir dövlətin dəstəyi olmadan özü icra edərək torpaqlarını azad edən yeganə ölkədir. Ölkəmiz həm də iqlim və şəhərsalma gündəliyi sahəsində aparıcı ölkələrdən biridir: “Azərbaycanın post-münaqişə dövründə azad edilmiş ərazilərdə həyata keçiridiyi bərpa və yenidənqurma siyasəti bütün dünya ölkələri tərəfindən böyük maraqla izlənilir. Azərbaycan “yumşaq güc”ü çox effektiv şəkildə tətbiq edən ölkələrdən biridir. Bunu artıq bir çox ölkələr etiraf edirlər. Son illərdə bizim milli diplomatiyamız misilsiz uğurlara imza atıb. Yaxşı, uğurlu diplomat olmaq üçün Vətənə bağlılıq əsas şərtlərdən biridir”.

            Sonra qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.

            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub
            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub
            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub
            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub
            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub
            BDU-da “Diplomatiya saatı” layihəsinin ilk qonağı Azərbaycanın Keniyakı səfiri Sultan Hacıyev olub
            SOSİAL

            Son XƏBƏRLƏR

            26.05.2026 | 00:00

            Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

            26.05.2026 | 17:37

            BDU-nun kafedra müdiri Tarix Dostiyev elm sahəsi üzrə Dövlət Mükafatına layiq görülüb

            26.05.2026 | 17:35

            Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

            26.05.2026 | 17:24

            “Şəhərsalma və Memarlıq İli” çərçivəsində BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub

            26.05.2026 | 16:12

            BDU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş kitab sərgisi

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025