BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub

            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub

            SOSİAL 21 Aprel 2026 19:47

            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “Danışır təcrübə” layihəsinin növbəti qonağı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Media Group”un prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı olub.

            Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev ölkənin media məkanında xüsusi çəkisi olan jurnalistlərlə silsilə görüşlərin artıq fakültənin ənənəsinə çevrildiyini bildirib. O, “APA Media Group”un  Azərbaycanda onlarla jurnalist üçün məktəb olduğunu bildirib, onun rəhbəri Vüsalə Mahirqızının peşəkar jurnalist, redaktor, işəgötürən kimi iş prinsiplərini tələbələrin diqqətinə çatdırıb. Belə tədbirlərin gənc jurnalistlərin düzgün istiqamətləndirilməsində və peşəkar kadr kimi yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb: “Bugünkü görüşdə də illərin təcrübəsini dinləyəcəyik”.

            Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə layihə barəsində məlumat verib. Gənc jurnalistlərin peşəkarların praktik fəaliyyəti ilə yaxından tanış ola biləcəyi vahid platformanı formalaşdırmaq məqsədilə keçirilən “Danışır təcrübə” layihəsində tələbələri aktiv olmağa çağırıb.

            Daha sonra çıxış edən Əməkdar jurnalist Vüsalə Mahirqızı mediadakı fəaliyyəti ilə bağlı təcrübələrini tələbələrlə bölüşüb. Bildirib ki, xəbər materialında dəqiqlik operativlikdən daha vacibdir, peşəkar jurnalist, media qurumu öz nüfuzunu oxucularına verdiyi dəqiq məlumatlarla qaldırır və saxlayır: “Jurnalistin əsas işi xəbərdir. Onun hadisənin, xəbərin içində olması əsas təcrübəsidir. Bu təcrübə nə qədər çoxdursa, həmin jurnalist və ya media qurumu auditoriyası üçün o qədər qiymətlidir. Yaxşı jurnalistin üstünlüyü yenə də onun işində, qələmində, operativliyində və düzgünlüyündədir. Bu gün həmin meyarlar gözlənilməsə də, oxucu yenə də əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün bizə - yəni, dəqiq olan mənbəsinə müraciət edir. Jurnalisti qiymətli edən budur”.

            Rəhbərlik etdiyi media qurumunun Cənubi Qafqazın birincilərindən olduğunu vurğulayan “APA Media Group”un prezidenti bu uğurun təcrübəyə, peşəkarlığa, dəqiqliyə əsaslandığını deyib: “Bu gün “APA Media Group”un daxilində "Azəri-Press" Agentliyi (APA) MMC, “Lent.az”, “Vesti.az”, “APASport.az”, “Kulis.az”, APA TV kimi müxtəlif media qurumları fəaliyyət göstərir. Öz sahəsində müxtəlif ilkləri reallaşdıran qurumumuz yeniliklərin tətbiqini də daim əsas götürür. 2024-cü ildə yaradılan “APA Jurnalist Məktəbi” də peşəkar kadr hazırlığı prosesində müasir yanaşmanı ortaya qoyur.  Bir zamanlar ailəmizin üzvü olan jurnalistlər, redaktorlar artıq öz müstəqil sayt və agentliklərinin rəhbəridirlər. Bütün bunlar ölkə mətbuatına verdiyimiz töhfənin göstəricisidir”.

            Vüsalə Mahirqızı tələbələrə dilimizin imkanlarından düzgün istifadə etməyin jurnalist yazısı üçün əsas tələb olduğundan da söz açıb: “Çünki jurnalistin yazısı, reportajı və müsahibəsi onun əsəridir”.

            Sonda Vüsalə Mahirqızı tələbələrin suallarını cavablandırıb.

            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            BDU-da “Danışır təcrübə” layihəsinin növbəti qonağı “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı olub
            SOSİAL

            Son XƏBƏRLƏR

            21.04.2026 | 20:23

            BDU-da “Fərqli fərdlər” adlı inklüziv tədbir

            21.04.2026 | 16:51

            RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi BDU-da ustad dərsi keçib: “Çoxqatlı təhlükəsizlik arxitekturası”

            21.04.2026 | 16:23

            BDU-da "Qarabağ bölgəsinin şəhərsalma strukturu: işğaldan əvvəl və sonra” adlı tədbir

            21.04.2026 | 15:29

            BDU-da klassik ədəbiyyatla bağlı tədqiqatlar davam edir

            21.04.2026 | 12:15

            BDU-da “Diplomatın nitqi” layihəsinə start verilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025