BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir

            BDU-da “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir

            ELM 18 Noyabr 2025 16:20

            BDU-da “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir

            Bakı Dövlət Universitetinin (BDU) Coğrafi ekologiya kafedrasının 45 illik və Əməkdar müəllim, coğrafiya elmləri doktoru, professor, “Şöhrət” ordenli Şövqisəfa Göyçayskinin 90 illik yubileylərinə həsr olunmuş “Coğrafi ekologiya: nəzəriyyə, metodologiya və praktika” mövzusunda Respublika elmi konfransı keçirilir.

            Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev professor Şövqisəfa Göyçayskini yubileyi münasibəti ilə təbrik edərək, onun ölkənin və Universitetin elm, təhsil həyatında böyük xidmətləri olduğunu qeyd edib. Rektor BDU-nun zəngin və şərəfli tarixinin bir parçası olan korifey alimlərin həyat və fəaliyyətlərinin gənclər üçün örnək olduğunu vurğulayıb. Rektor Elçin Babayev diqqətə çatdırıb ki, Azərbaycanda ekoloji təhsilin, coğrafi ekologiya elminin əsas yaradıcılarından biri, səriştəli və dürüst alim, peşəkar pedaqoq olan Şövqisəfa Göyçayski BDU-nun elm və təhsil həyatında silinməz iz qoyub.

            Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı professor Şövqi Göyçayskinin BDU-nun elm, təhsil həyatına və peşəkar kadr hazırlığına verdiyi töhfələrdən danışıb. Bildirib ki, o, 200-dən çox elmi əsərin, o cümlədən monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, həmçinin Azərbaycanın irimiqyaslı iqtisadi və əhali xəritələrinin müəllifi və həmmüəllifidir. Onun uzun illər rəhbərlik etdyi Coğrafi ekologiya kafedrası 1980-ci ildə Universitetin Geologiya-coğrafiya fakültəsində Ətraf mühiti mühafizə kafedrası adı ilə təşkil olunub. Daha sonra kafedranın adında dəyişiklik olunaraq üzün illər Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrası adlandırılıb.  Kafedra keçmiş SSRİ məkanında təşkil edilən ilk ekoloji istiqamətli kafedralardan olub və uzun müddət respublika ali məktəbləri arasında ekologiya və ətraf mühiti mühafizə sahəsində elmi-metodiki mərkəz rolunu oynayıb. Professor Şövqisəfa Göyçayski 1981-2019-cü illərdə kafedraya rəhbərlik edib. Kafedra 2010-cu ildə Universitetdə yeni yaradılan Ekologiya və torpaqşünaslıq fakültəsinin nəzdinə keçirilib və Coğrafi ekologiya kafedrası adlandırılaraq yenidən təşkil olunub. Akif Ağbabalı coğrafi ekologiyanın aktual problemlərinə həsr olunmuş konfransa 30-dək təşkilatdan 232 tezisin daxil olduğunu diqqətə çatdırıb.

            Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, Həsən Əliyev adına Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsini icra edən Zaur İmrani, Coğrafi ekologiya kafedrasının müdiri  Məhluqə Yusifova, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri professor Çingiz İsmayılov, Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, Memarlıq və İnşaat Universitetinin professoru Bəhram Əliyev, BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimov çıxışlarında görkəmli alimin ölkədə coğrafiya və ekologiya elmlərinin inkişafında xidmətlərindən danışıb, konfransın işinə uğurlar arzulayıblar.

            Sonra professor Şövqisəfa Göyçayski barədə hazırlanmış “Təhsil, elm və kadr hazırlığına həsr edilən ömür” adlı videoçarx təqdim edilib.

            Sonda söz yubilyara verilib. Professor Şövqisəfa Göyçayski konfransın yüksək səviyyədə təşkilinə və elmi-pedaqoji fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib, gəncləri özlərini inkişaf etdirməyə, bilikli, vətənpərvər olmağa səsləyib.

            İkigünlük konfrans öz işini plenar sessiyalarla davam etdirir.

            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025