BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

            BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

            TƏDRİS 7 İyul 2026 14:08

            BDU-da “Bioinformatika” ixtisaslaşması açılır

            Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində ilk dəfə “Bioinformatika” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

            “Bioinformatika” ixtisaslaşması biologiya, molekulyar genetika, kompüter elmləri, riyazi modelləşdirmə, statistik analiz və süni intellekt metodlarının inteqrasiyasına əsaslanan, müasir elmin və biotexnologiyanın ən sürətlə inkişaf edən multidissiplinar istiqamətlərindən biridir. Bu ixtisaslaşma çərçivəsində magistrantlar genomika, transkriptomika, proteomika, biostatistika, bioməlumatların emalı və vizuallaşdırılması, böyük həcmli bioloji məlumatların (Big Data) analizi, alqoritmlərin hazırlanması, bioinformatik proqram təminatı və verilənlər bazalarının tətbiqi, eləcə də maşın öyrənməsi və süni intellekt texnologiyalarının bioloji və tibbi tədqiqatlarda istifadəsi üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, tələbələr genom ardıcıllıqlarının təhlili, biomarkerlərin müəyyənləşdirilməsi, genetik variasiyaların qiymətləndirilməsi, fərdiləşdirilmiş tibb yanaşmalarının tətbiqi və bioloji proseslərin hesablama üsulları ilə modelləşdirilməsi istiqamətlərində peşəkar kompetensiyalar formalaşdıracaqlar.

            İxtisaslaşmanın məzunları elmi-tədqiqat institutlarında, universitetlərdə, tibbi-genetik və molekulyar diaqnostika laboratoriyalarında, biotexnologiya və əczaçılıq şirkətlərində, genom və molekulyar biologiya mərkəzlərində, süni intellekt və məlumat analitikası üzrə fəaliyyət göstərən texnologiya şirkətlərində, kənd təsərrüfatı və aqrobiotexnologiya müəssisələrində, ictimai səhiyyə və epidemioloji monitorinq qurumlarında, həmçinin bioinformatika, genomika və biotibbi məlumatların analizi istiqamətində fəaliyyət göstərən beynəlxalq elmi layihələrdə və tədqiqat konsorsiumlarında bioinformatika mütəxəssisi, genom məlumatları analitiki, biostatistik, tədqiqatçı, verilənlər analitiki, proqramçı-analitik və digər müvafiq vəzifələrdə fəaliyyət göstərə biləcəklər.

            TƏDRİS

            Son XƏBƏRLƏR

            07.07.2026 | 13:02

            BDU-nun Astrofizika kafedrası: “İyulun sonu α-Kaprikornid meteor yağışı müşahidə olunacaq”

            07.07.2026 | 10:31

            BDU-də xurma genotiplərinin biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri öyrənilir

            06.07.2026 | 17:21

            BDU-nun Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır

            06.07.2026 | 15:02

            BDU-da “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” adlı yeni ixtisaslaşma açılır

            06.07.2026 | 12:28

            BDU-da Birinci Türkoloji Qurultayın 100 illiyi silsilə tədbirlərlə qeyd olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025