BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            ELM 22 Aprel 2026 15:51

            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.
            Konfransın açılışında çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, kimya elmləri doktoru Farid Nağıyev bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman milli adət-ənənələrimizin, milli irsimizin mühafizəsi, yaşadılması və inkişafı üçün müstəsna xidmətlər göstərib. Ulu Öndərin hakimiyyəti illərində bütün sahələrdə olduğu kimi, arxiv, muzey və kitabxana işində də yüksək nailiyyətlər əldə edilib, mədəni irsimizi mühafizə edən bu sosial institutlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu müdrik siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizin yaşadılmasına və qorunmasına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə misilsiz layihələr həyata keçirir.

            Farid Nağıyev bildirib ki, 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfrans özünün aktuallığı ilə seçilir: “Bu əlamətdar gün yaradıcılığın, innovasiyanın və intellektual fəaliyyətin qorunmasının əhəmiyyətini ön plana çıxarır, əqli mülkiyyət institutlarının cəmiyyətin inkişafındakı rolunu bir daha diqqətə çatdırır. Müzakirə etdiyimiz milli irsin rəqəmsallaşdırılması mövzusu da məhz bu kontekstlə sıx bağlıdır. Rəqəmsallaşdırma prosesi milli-mədəni və elmi irsin qorunması ilə yanaşı, onun düzgün idarə olunması, hüquqi tənzimlənməsi və etik çərçivədə istifadəsini tələb edir”.

            BDU-da bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edən natiq qeyd edib ki, Universitetdə Əqli mülkiyyətin qorunması şöbəsi, Əqli mülkiyyət hüququ kafedrası fəaliyyət göstərir. BDU ilə Fransanın Lyon 2 Universiteti arasında imzalanmış müqavilə çərçivəsində “Əqli mülkiyyət hüququ” ixtisası üzrə ikili magistr diplomu proqramı həyata keçirilir: “İnformasiya və sənəd menecmenti fakültəsi də bu proseslərdə fəal iştirak edir. Fakültədə “Əqli mülkiyyət xidmətinin təşkili” fənni tədris olunur, əməkdaşlar tərəfindən bu sahə üzrə monoqrafiyalar, dərs vəsaitləri və məqalələr hazırlanır, buraxılış işləri və dissertasiyalar müdafiə olunur, konfranslar, ustad dərsləri, elmi seminarlar, təlimlər və ekskursiyalar təşkil olunmaqla elmi mühit daim zənginləşdirilir”.

            Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, BDU-nun professoru Əsgər Rəsulov, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli, BDU-nun Əqli Mülkiyyətin qorunması şöbəsinin müdiri Əfsanə Surxaylı, Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə, BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının müəllimi Aydan Məmmədova çıxışlarında konfransın mədəni irsin qorunması və rəqəmsallaşdırılması sahəsinə öz töhfələrini verəcəyini, mədəni irsimizi mühafizə edən sosial təsisatlarla Universitetin institusional əməkdaşlığını inkişaf etdirəcəyini bildiriblər.

            Konfransın plenar iclasında BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova “Mədəni irsin mühafizəsi: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda məruzə edib.

            Sonda çıxış edən konfransın Təşkilat Komitəsinin sədri, BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov elmi tədbirin yüksək səviyyədə təşkilinə görə Universitet rəhbərliyinə, çıxış edənlərə və iştirakçılara minnətdarlığını bildirib. Qeyd edib ki, konfrans 2 gün ərzində öz işini bölmə iclasları ilə davam etdirəcək, bölmə iclaslarında ümumilikdə 40-dan çox məruzə dinləniləcək.

            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            BDU-da Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş Respublika elmi konfransı keçirilir
            ELM

            Son XƏBƏRLƏR

            22.04.2026 | 18:11

            BDU-da Beynəlxalq Yer Günü qeyd olunub

            22.04.2026 | 17:11

            “Gənc istedadlar” liseyinin şagirdinin 60-cı Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında böyük uğuru

            22.04.2026 | 13:38

            BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”

            22.04.2026 | 13:20

            BDU tələbələri təbii fəlakətlərin qarşısının alınması barədə maarifləndirilib

            22.04.2026 | 11:42

            BDU-da orta əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq ənənələri tədqiq olunur

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025