BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub

            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub

            SOSİAL 8 Oktyabr 2025 17:41

            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub

            Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Tibb Universitetinin yaradılmasının 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

            Əvvəlcə Dövlət himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd olunub.

            BDU rektoru Elçin Babayev milli səhiyyə sistemimizin, ali tibb təhsilinin inkişafında mühüm rol oynamış ATU-nun 95 illik yubileyi münasibətilə Universitetin kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor diqqətə çatdırıb ki, 1919-cu ildə təsis edilmiş Bakı Dövlət Universitetinin Tibb fakültəsi əsasında 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb: “İlk dərs ilində BDU-da yalnız Tarix-filologiya və Tibb fakültələri fəaliyyət göstərirdi. BDU-ya ilk tələbələr 1919-cu ilin noyabrında qəbul edilib, Tibb fakültəsinə 368 tələbə və 122 sərbəst dinləyici qəbulu həyata keçirilib. Elə ilk illərdən elmi-pedaqoji keyfiyyətə üstünlük verilərək, həm nəzəri, həm də klinik tibb təhsilinin inkişafına zəmin yaradılıb, milli tibbi kadrların yetişdirilməsinə önəm verilib. Tibb Universitetinin əsası məhz belə möhkəm əsaslar üzərində qurulub. Bu faktlar təkcə tarixi bir əlaqə deyil - iki universitet arasında formalaşmış elmi və akademik ənənənin başlanğıcıdır. Sələflərimizin zəhməti və elmi məktəbi bu gün səhiyyə sahəsində ali təhsil ocağının inkişafı və nailiyyətlərinin əsasını təşkil edir”.

            BDU rektoru vurğulayıb ki, hazırda bu ənənələr yeni məzmunla davam edir. Azərbaycan Tibb Universiteti regionda ali tibbi təhsilin aparıcı mərkəzlərindən birinə çevrilib, beynəlxalq elmi mühitlə fəal əməkdaşlıq edir və qlobal akademik proseslərdə fəal iştirakçı rolunu oynayır: “Universitetin bu nailiyyətləri ölkəmizdə elmə, təhsilə və səhiyyəyə göstərilən dövlət qayğısının nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilir. Son illərdə dövlətimizin səhiyyə sistemində həyata keçirdiyi islahatlar bu strategiyanın praktik təzahürüdür. Müasir standartlara cavab verən tibb müəssisələrinin yaradılması, regionlarda ixtisaslaşdırılmış diaqnostika və müalicə mərkəzlərinin fəaliyyətə başlaması, infrastrukturun yenilənməsi və rəqəmsallaşma prosesinin sürətlənməsi səhiyyə xidmətlərinin keyfiyyətini və əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə, sosial müdafiə və təhsil sahələrində həyata keçirdiyi layihələr ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verir. Bu strateji xəttin davamı olaraq BDU və ATU  qarşısında da mühüm vəzifələr dayanır. Hər iki ali təhsil müəssisəsi bu dövlət siyasətinin elmi-tədris dayaqlarını möhkəmləndirən, tibbi və fundamental elmlər arasında körpü yaradan əsas elmi mərkəzlər kimi çıxış etməlidirlər. Biz inanırıq ki, bu əməkdaşlıq təkcə iki ali məktəbin deyil, bütövlükdə Azərbaycan elminin və səhiyyəsinin gələcək inkişafına xidmət edəcək”.

            Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli rəhbərlik etdiyi ali təhsil ocağının 95 illik yubileyinin məhz BDU-da keçirilməsinin rəmzi mənasının olduğunu bildirib. O qeyd edib ki, ATU BDU ilə qırılmaz tellərlə bağlıdır, ölkədə ali tibb təhsilinin əsası 1919-cu ildə məhz BDU-da qoyulub: “Azərbaycan Tibb Universiteti 1930-cu ildə BDU-nun Tibb fakültəsinin bazası əsasında yaradılaraq müstəqil ali məktəbə çevrilib. Bu mənəvi bağ indi də davam edir, iki ali məktəb arasında səmərəli əməkdaşlıq mövcuddur. Biz müxtəlif sahələr üzrə bu əlaqələri daha da inkişaf etdirməyə hazırıq. Ümid edirəm ki, biz qarşıda birgə nailiyyətlərimizi qeyd edəcəyik”.

            Rektor vurğulayıb ki, ATU-nun yaradılması ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsidir. Rektor Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını qeyd edib. Bu qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir: “Vaxtilə ATU ölkədə ali tibb təhsili verən yeganə universitet idi. Sevindirici haldır ki, bu il biz ATU-nun 95, Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 25 illik yubileyini, Qarabağ Universitetində isə Tibb fakültəsinin yaradılmasını qeyd edirik. Bu, Azərbaycanda tibb təhsili tarixinin inkişafını göstərir”.

            BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, ATU-nun elmi işlər üzrə prorektoru Məlahət Sultan, Əczaçılıq toksikologiyası və kimya kafedrasının professoru Fikrət Quliyev, Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayıl Qafarov çıxışlarında ATU-nun keçdiyi inkişaf yoluna nəzər salıb, BDU-ATU əməkdaşlığının yeni inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

            Sonda ATU-nun tarixi və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            BDU-da ATU-nun 95 illik yubileyi qeyd olunub
            SOSİAL

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025