BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU-da ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş

            BDU-da ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş

            ELM 5 Dekabr 2024 10:35

            BDU-da ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş

            Bakı Dövlət Universitetində (BDU) Amerika Birləşmiş Ştatlarının Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) təmsilçisi, “Mikro Information Free Zone Establishment” şirkətinin direktoru Mehmet Haseki ilə görüş keçirilib.

            Görüşdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev, Elmi Kitabxananın direktoru Nigar İsmayılova və Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova iştirak ediblər.

            Qonaq “IEEE-nin missiyası bəşəriyyətin rifahı naminə texnoloji innovasiyaları təşviq etməkdir” mövzusunda təqdimatla çıxış edib. Elektronika, elektrik mühəndisliyi, kompüter və şəbəkə avadanlıqları üçün standartlar hazırlayan, dünyada geniş istifadə olunan,  müasir dünya elmi-texniki ədəbiyyatının üçdə birini özündə cəmləşdirən, ən böyük elmi məlumat bazalarından biri olan “IEEE Xplore” rəqəmsal kitabxanası təqdim olunub.

            IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnologiyaları və informasiya elmləri sahələrində elmi fəaliyyətin təşkili və inkişafı, onların nəticələrinin cəmiyyətin mənafeyi naminə tətbiqi, habelə mütəxəssislərin peşəkar inkişafı üçün onlara informasiya dəstəyi göstərməkdir. Hazırda 190-dan çox ölkədən 460000-dən çox üzvü olan IEEE dünya üzrə 2000-dən çox illik konfrans və tədbirə sponsorluq edir.

            “IEEE Xplore” platforması istifadəçilərə 6 milyondan çox tammətnli sənəddən qiymətli tədqiqat materiallarını, elmi məqalələri, texniki standartları və konfrans materiallarını səmərəli şəkildə axtarıb tapmaq və istifadə imkanı verir. İştirakçılara platformanın qabaqcıl funksiyaları, elmi tədqiqatlarının məhsuldarlığını və faydasını artırmaq üçün IEEE-in imkanlarından maksimum istifadə etmək bacarıqları haqqında məlumat verilib.

            Sonda platformadan istifadə imkanları və üzvlük məsələləri müzakirə olunub.

            BDU-da ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş
            BDU-da ABŞ-nin Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025