BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

            BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

            ELM 2 İyul 2026 12:00

            BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

            2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq “Biotibbi materiallar” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.

            Biotibbi materiallar müasir biologiya, biotexnologiya, materialşünaslıq və tibbin qovşağında formalaşan, innovativ tibbi texnologiyaların inkişafında mühüm rol oynayan perspektivli elmi istiqamətlərdən biridir. Dünyada biomaterialların, regenerativ tibbin, implant texnologiyalarının və biosensorların sürətli inkişafı, səhiyyədə innovativ həllərə artan tələbat bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir. Bu baxımdan BDU-da “Biotibbi materiallar” ixtisaslaşmasının açılması həm elmi, həm də praktiki baxımdan xüsusi aktuallıq kəsb edir.

            “Biotibbi materiallar” ixtisaslaşması Azərbaycanda ilk dəfə magistratura səviyyəsində tədris olunacaq. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanmış proqram biomateriallar, regenerativ tibb, implantlar, biosensorlar və innovativ tibbi texnologiyalar sahəsində peşəkar mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Magistrantlar biomaterialların layihələndirilməsi, sintezi, analizi və tibbi tətbiqləri üzrə fundamental nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər.

            Tədris prosesində tələbələr BDU-nun müasir elmi laboratoriyalarında tədqiqat aparmaq, qabaqcıl laboratoriya avadanlıqları ilə işləmək, beynəlxalq elmi layihələrdə və əməkdaşlıq proqramlarında iştirak etmək, eləcə də doktorantura təhsilinə hazırlıq imkanları əldə edəcəklər. Təhsil proqramı innovativ yanaşmalar və müasir elmi metodlar əsasında həyata keçiriləcək.

            “Biotibbi materiallar” ixtisaslaşmasının məzunları elmi-tədqiqat institutları və ali təhsil müəssisələri, biotexnologiya və əczaçılıq şirkətləri, tibbi cihaz və biomaterial istehsalı müəssisələri, klinik laboratoriyalar və diaqnostika mərkəzləri, dövlət və özəl innovasiya layihələri, eləcə də biologiya, biotexnologiya və səhiyyə sahəsində fəaliyyət göstərən müxtəlif qurumlarda uğurla çalışa biləcəklər. Onlar həmçinin yerli və beynəlxalq doktorantura proqramlarında təhsillərini davam etdirmək imkanı qazanacaqlar.

            Yeni magistratura ixtisaslaşmasının yaradılması ölkədə biologiya və biotexnologiya sahəsində elmi potensialın gücləndirilməsinə, innovativ texnologiyaların inkişafına və əmək bazarının müasir tələblərinə cavab verən rəqabətqabiliyyətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

             

            ELM

            Son XƏBƏRLƏR

            03.07.2026 | 16:50

            BDU-da “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov olub

            03.07.2026 | 15:11

            BDU-da “Türk dünyasının coğrafiyası” ixtisaslaşması açılır

            03.07.2026 | 12:22

            BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır

            03.07.2026 | 11:43

            BDU dövlət idarəetməsində strateji kommunikasiyalar üzrə mütəxəssislər hazırlayacaq

            02.07.2026 | 15:29

            BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025