BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

            TƏDRİS 9 May 2026 11:57

            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

            Bakı Dövlət Universiteti (BDU) və “CİBC GLOBAL” MMC, “AnewZ” beynəlxalq televiziya kanalı arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

            Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Jurnalistika fakültəsinin yüksək tədris potensialına və zəngin ənənələrə malik olduğunu bildirib. O qeyd edib ki, ölkədə peşəkar jurnalist kadrların hazırlanmasında media subyektləri ilə sıx əməkdaşlıq da mühüm rol oynayır. Ölkənin nüfuzlu media qurumlarının təhsil prosesinə cəlb olunması jurnalist kadrların daha peşəkar hazırlanmasına effektiv təsir göstərir. Təsadüfi deyil ki, BDU Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, AZƏRTAC, “ARB24”, “Xalq” qəzeti kimi nüfuzlu media qurumları ilə sıx əməkdaşlıq edir. BDU-da 7 ixtisaslaşmış auditoriya, həm də Tədris tele-radio studiyası fəaliyyət göstərir. Rektor “AnewZ” kanalının obyektiv, qərəzsiz və operativ informasiyaları ilə nəinki yerli, beynəlxalq auditoriyanın rəğbətini qazandığını və Azərbaycan həqiqətlərini dünyaya layiqincə çatdırdığını qeyd edib. O, “AnewZ”la əməkdaşlığın ingilisdilli jurnalistlərin hazırlanmasına böyük töhfə verəcəyini, bunun günün tələbi olduğunu bildirib.

            “AnewZ” beynəlxalq televiziya kanalının İcraçı direktoru Rüfət Həmzəyev rəhbərlik etdiyi qurumun ölkədə beynəlxalq media standartları əsasında fəaliyyət göstərən peşəkar ingilisdilli kanal olduğunu vurğulayıb. 2024-cü ildə yaradılan “AnewZ” ölkəmizdə ingilisdilli jurnalistikanın mərkəzi kimi formalaşır və 110-dan çox ölkədə yayımlanır. “AnewZ” fəaliyyət göstərdiyi dövrdə nəinki yerli, həmçinin dünya mediası üçün etibarlı xəbər mənbəyinə çevrilib. 11 ölkədə müxbir postları olan kanal hazırda dünyanın 40-dan çox şəhərindən reportajlar verə bilir. 140 nəfərlik heyətə malik kanal dünyanın istənilən nöqtəsindən xəbərləri əldə etmək və yaymaq imkanına malikdir. “AnewZ” yeganə kanaldır ki, süni intellekt həllərini ən azı 7 istiqamətdə tətbiq edir. Rüfət Həmzəyev Azərbaycanın jurnalist kadrlar hazırlayan əsas ali məktəbi olan BDU ilə əməkdaşlığın ingilisdilli medianın inkişafına təkan verəcəyini bildirib. O qeyd edib ki, hazırda 10-dan artıq BDU tələbəsi kanalda təcrübə keçir. BDU tələbələrinin kanala vaxtaşırı mediaturları təşkil olunur, bu da onların gələcək karyera quruculuğunda mühüm rol oynaya bilər.

            Görüşdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

            Sonda kanalın nümayəndə heyəti BDU-nun Jurnalistika fakültəsinin infrastrukturu və maddi-texniki bazası ilə tanış olub.

            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
            BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır
            TƏDRİS SOSİAL

            Son XƏBƏRLƏR

            08.05.2026 | 18:05

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            08.05.2026 | 17:44

            BDU-da “Azərbaycan” auditoriyası açılıb

            08.05.2026 | 14:31

            BDU əməkdaşları arasında idman yarışları keçirilib

            08.05.2026 | 14:14

            BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib

            08.05.2026 | 14:13

            BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025