BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər

            BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər

            ELM 13 Fevral 2025 11:41

            BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər

            Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva və Bioekologiya kafedrasının dosenti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri, Ekoloji Təhsil Fondunun “Eco-Schools” və “Green Key” proqramları üzrə milli koordinatoru, Beynəlxalq Uşaq İqlim Platformasının təsisçisi  Firuzə Sultan-zadə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda Respublika konfransının “Təhsilə ekoloji baxış” adlı II panelində spiker qismində iştirak ediblər.

            Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Təhsil Nazirliyinin, Agentliyin struktur bölmə rəhbərləri, digər dövlət qurumlarının nümayəndələri və müəssisə rəhbərlərinin iştirak etdiyi konfransın məqsədi məktəbdənkənar təhsilin əhəmiyyətini vurğulamaq, bu sahədə mövcud və beynəlxalq çağırışları müzakirə etmək, onların həlli yollarını araşdırmaq, yerli təcrübələrin mübadiləsini təmin etmək və gələcək perspektivləri müəyyənləşdirmək olub.

            Konfransın “Təhsilə ekoloji baxış” mövzusunda panel sessiyasında ekoloji təhsilin uşaqların və gənclərin dünyagörüşünə təsiri, ekoloji şüurun formalaşdırılması və ekoloji problemlərə həssas yanaşmanın təhsil vasitəsilə təşviqi müzakirə edilib. Panelin əsas müzakirə mövzularına ekoloji maarifləndirmənin məktəbdənkənar təhsil proqramlarında yeri, bu istiqamətdə həyata keçirilən layihələr və ekoloji problemlərin həllinə gənclərin cəlb edilməsi daxil olub.

            BDU-nun Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva universitetlərin ekoloji təhsildə rolunun vacibliyi, gənclərin ekoloji biliklərlə yanaşı, praktiki vərdişlər əldə etməsi üçün tətbiq edilən strategiyalar barədə ətraflı məlumat verib. Azərbaycanda ekologiya sahəsində elmi tədqiqatların təhsilə inteqrasiyası, bu istiqamətdə BDU-nun rolu və töhfələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

            Bioekologiya kafedrasının dosenti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri, Ekoloji Təhsil Fondunun “Eco-Schools” və “Green Key” proqramları üzrə milli koordinatoru, Beynəlxalq Uşaq İqlim Platformasının təsisçisi Firuzə Sultan-zadə isə məktəbdənkənar fəaliyyətlər, müxtəlif layihələr, proqramlar, ekskursiyalar vasitəsilə potensial bacarıqların aşkarlanması, istedadların üzə çıxarılması üçün geniş imkanların yaradılmasından, bunun uşaqlar arasında ekoloji vərdişlərə olan təsirindən bəhs edib.

            Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

            Qeyd edək ki, BDU ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında 2017-ci ildə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində indiyədək müxtəlif təcrübə proqramları, məlumatlandırıcı sessiyalar, vebinarlar və digər maarifləndirici tədbirlər keçirilib.

            BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər
            BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər
            BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər
            BDU alimləri “Təhsilə ekoloji baxış” mövzusunda müzakirələrdə iştirak ediblər
            ELM

            Son XƏBƏRLƏR

            05.12.2025 | 17:44

            BDU-da “Yapon dili və ədəbiyyatı” ixtisasının açılmasının 25 illik yubileyi qeyd olunub

            05.12.2025 | 16:58

            BDU könüllüləri ilə görüş

            05.12.2025 | 16:57

            BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri Heydər Əliyev Muzeyini ziyarət ediblər

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025