BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universitetinin nümayəndəsi Türkiyənin Ege Universitetində görüşlər keçirib

            Bakı Dövlət Universitetinin nümayəndəsi Türkiyənin Ege Universitetində görüşlər keçirib

            BEYNƏLMİLƏLLƏŞMƏ 13 Sentyabr 2025 13:40

            Bakı Dövlət Universitetinin nümayəndəsi Türkiyənin Ege Universitetində görüşlər keçirib

            Bakı Dövlət Universitetinin (BDU) rektorunun katibliyinin rəhbəri Mahir Pirquliyev Türkiyənin aparıcı ali təhsil ocaqlarından biri olan Ege Universitetində ezamiyyətdə olub. Səfər çərçivəsində BDU nümayəndəsi Ege Universitetinin rəhbər heyəti ilə bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıb.

            Ege Universitetinin prorektoru Mehmet Ersan, Təbiət elmləri fakültəsinin dekanı Dinçer Ayaz, həmçinin digər fakültə və idarə rəhbərləri ilə baş tutan görüşlərdə iki universitet arasında mövcud əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

            Tərəflər ikili diplom proqramlarının yaradılması, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq konfrans və simpoziumların birgə keçirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, müasir elm və texnologiyaların inkişafı fonunda ortaq layihələrin həyata keçirilməsi, xüsusilə təbiət elmləri və mühəndislik sahələrində birgə təşəbbüslərin reallaşdırılması məsələləri diqqət mərkəzində olub.

            Görüşlər zamanı həmçinin Ege Universiteti ilə Bakı Dövlət Universiteti arasında uzunmüddətli strateji tərəfdaşlığın vacibliyi vurğulanıb və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə edilib.

            Səfərin sonunda Mahir Pirquliyev Ege Universitetinin rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib, gələcəkdə iki universitet arasında əlaqələrin daha sıx şəkildə davam edəcəyinə inamını ifadə edib.

            Qeyd edək ki, bu il 70 illik yubileyini qeyd edən Ege Universiteti Türkiyənin İzmir şəhərində yerləşən, ölkənin ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin Təbiət elmləri fakültəsi isə regionda elmi araşdırmaların mərkəzi olmaqla yanaşı, beynəlxalq elmi əməkdaşlıqlara da xüsusi önəm verir.

            Bakı Dövlət Universitetinin nümayəndəsi Türkiyənin Ege Universitetində görüşlər keçirib
            Bakı Dövlət Universitetinin nümayəndəsi Türkiyənin Ege Universitetində görüşlər keçirib
            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025