BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur

            Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur

            BEYNƏLMİLƏLLƏŞMƏ 18 May 2026 15:57

            Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur

            18 may tarixində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisinin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) təşkilatının icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.

            Qeyd edək ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirərək, şəhərsalma və dayanıqlı inkişaf sahəsində qabaqcıl təcrübələrin təqdim olunduğu qlobal platforma rolunu oynayır. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan sərgi çərçivəsində hökumətlər, akademik qurumlar, vətəndaş cəmiyyəti institutları və özəl sektor nümayəndələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunur.

            Sərgidə Bakı Dövlət Universiteti də (BDU) fəal şəkildə təmsil olunur. Universitetin ekspozisiyasında şəhər mühitinin dayanıqlı inkişafı, ekoloji tarazlığın qorunması, iqlim dəyişikliklərinə adaptasiya, innovativ texnologiyaların tətbiqi və inklüziv urban inkişaf modellərinin formalaşdırılması, torpaq kadastrı bazası sisteminin təşəkkülü istiqamətində həyata keçirilən elmi-tədqiqat layihələri və təşəbbüslər geniş şəkildə təqdim edilir. BDU nümayəndələri tərəfindən təqdim olunan materiallarda müasir şəhərlərin qarşılaşdığı əsas çağırışlara elmi yanaşmalar, “ağıllı şəhər” konsepsiyaları, rəqəmsal transformasiya imkanları, həmçinin şəhər infrastrukturunun daha dayanıqlı və insan mərkəzli inkişafına yönəlmiş multidissiplinar tədqiqat nəticələri xüsusi yer tutur. Eyni zamanda, BDU-nun müxtəlif fakültə və elmi mərkəzlərində aparılan tədqiqatların praktiki tətbiq imkanları, beynəlxalq layihələr və tərəfdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər də ziyarətçilərin diqqətinə çatdırılır.

            “Urban Expo” çərçivəsində yaradılmış “Biznes və İnnovasiya Mərkəzi” platformasında 45 şirkət və 14 startap layihəsi də təqdim olunur. BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanaraq Universitet ərazisində istifadəyə verilmiş “Clean-Charge” EkoEnerji məntəqəsinin prototipi sərgidə özünəməxsus yer tutur. Qeyd edək ki, ümumi gücü 22 kilovat-saat olan bu hibrid enerji sistemi Günəş və külək enerjisi kimi bərpa olunan mənbələrdən istifadə etməklə elektromobillərin enerji ilə təmin olunmasını həyata keçirir. Layihənin əsas məqsədi elektrik enerjisinin yalnız təmiz mənbələrdən istehsalını təmin etmək və bununla da “dolayı karbon emissiyası” probleminin azaldılmasına töhfə verməkdir. KOBİA-nın qrant dəstəyi və BDU-nun elmi-texniki iştirakı ilə Universitet ərazisində reallaşdırılan bu innovativ ekoloji təşəbbüs müasir yaşıl texnologiyaların tətbiqi baxımından nümunəvi model kimi çıxış edir. Hazırda “Clean-Charge” EkoEnerji məntəqəsi elektromobil sürücüləri tərəfindən gündəlik olaraq intensiv şəkildə istifadə olunur və dayanıqlı enerji infrastrukturunun inkişafına praktik töhfə verir.

            BDU-nun bu nüfuzlu beynəlxalq platformada iştirakı Universitetin yalnız təhsil və tədqiqat sahəsində deyil, həm də qlobal urban inkişaf gündəliyinə töhfə verən elmi mərkəz kimi mövqeyini daha da gücləndirir. Bu iştirak həmçinin BDU-nun beynəlxalq akademik şəbəkələrdə əlçatanlığını artırır, yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır və qlobal çağırışlara cavab verən innovativ elmi yanaşmaların paylaşılmasına xidmət edir.

            BEYNƏLMİLƏLLƏŞMƏ SOSİAL

            Son XƏBƏRLƏR

            18.05.2026 | 17:20

            BDU-da Azərbaycan-Türkiyə qardaşlıq konserti: “Bir millətin nəğməsi”

            18.05.2026 | 16:57

            BDU və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə “Astrokamp 2026” tələbə düşərgəsi keçirilib

            18.05.2026 | 16:31

            BDU ilə Qırğızıstanın Oş Texnologiya Universiteti arasında anlaşma memorandumu imzalanıb

            18.05.2026 | 15:56

            BDU WUF13 çərçivəsində xüsusi təlim sessiyası təşkil edəcək

            18.05.2026 | 15:56

            BDU-da tədris prosesi distant formada davam etdirilir

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025