BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

            Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

            TƏDRİS 3 Avqust 2026 13:42

            Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

            Bakı Dövlət Universiteti (BDU) və Yerusəlim İbrani Universiteti (HUJI) “Biotexnologiya” ixtisasının “Bitki biotexnologiyası” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramına qəbul elan edir.

            Magistratura səviyyəsini əhatə edən proqram tələbələrə beynəlxalq təhsil və müasir elmi-tədqiqat mühitində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təhsilini uğurla başa vuran məzunlar həm Bakı Dövlət Universitetinin, həm də Yerusəlim İbrani Universitetinin diplomlarını əldə edəcəklər.

            Proqramın əsas üstünlüklərindən biri iştirakçıların təhsil və yaşayış xərclərinin dövlət hesabına qarşılanmasıdır. Belə ki, beynəlxalq ikili diplom proqramı Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli 673 nömrəli “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq dövlət hesabına maliyyələşdirilir.

            Proqrama “Biologiya”, “Biologiya müəllimliyi”, “Biologiya və gigiyena”, “Biotexnologiya”, “Bitki mühafizəsi”, “Ekologiya”, “Əczaçılıq”, “Fizika”, “Fizika müəllimliyi”, “Kimya”, “Kimya müəllimliyi”, “Kimya mühəndisliyi”, “Qida məhsulları mühəndisliyi”, “Qida mühəndisliyi”, “Su bioehtiyatları və akvabitkilər”, “Su bioehtiyatları və akvakultura” və ya “Tibbi biologiya” ixtisasları üzrə bakalavr dərəcəsinə malik olan və 2026-cı ildə yerli ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslər müraciət edə bilərlər.

            Namizədlər üçün əsas tələblərdən biri ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) minimum 80 olmasıdır. Bundan əlavə, müraciət edənlər minimum 6.0 IELTS və ya minimum 89 TOEFL iBT nəticəsinə malik olmalıdırlar. 2026-cı ilin dekabr ayınadək bu sertifikatlardan birini təqdim edəcək namizədlər də proqrama müraciət edə bilərlər.

            Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.

            İkili diplom proqramı ilə bağlı suallarınızı [email protected] elektron poçt ünvanına və ya +994 10 312 74 72 mobil nömrəsinə ünvanlaya bilərsiniz.

            TƏDRİS BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.08.2026 | 14:36

            BDU-da “Açıq qapı” günləri davam edir

            04.08.2026 | 14:15

            BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

            04.08.2026 | 11:47

            BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

            03.08.2026 | 16:28

            Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

            03.08.2026 | 10:02

            2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025