BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Bakı Dövlət Universiteti 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

            Bakı Dövlət Universiteti 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

            BEYNƏLMİLƏLLƏŞMƏ 29 Sentyabr 2025 11:57

            Bakı Dövlət Universiteti 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunur

            Bakı Dövlət Universitetinin (BDU) doktorant və tələbələrindən ibarət heyət 29 sentyabr – 3 oktyabr 2025-ci il tarixlərində Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) iştirak edir. Azərbaycan Milli Elmi Komandasının tərkibində BDU-nun SABAH qruplarının “Kompüter elmləri” ixtisasının IV kurs tələbəsi Bəxtiyar Novruzov, “Riyaziyyat müəllimliyi” ixtisasının IV kurs tələbəsi Nuray Səfərli, “Kimya müəllimliyi” ixtisasının məzunu, BDU-nun doktorantı Qəmzə Yahyayeva Bakı Dövlət Universitetini və ölkəmizi Beynəlxalq Astronavtika Konqresində uğurla təmsil edirlər.

            Bu nüfuzlu tədbir kosmos sənayesi və akademiyasının ən yeni inkişafını, tədqiqatları və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün dünya miqyasında bir araya gələn platformadır.

            Konqresin builki əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olub, kosmos texnologiyalarının Yer üzündə dayanıqlılığa verdiyi töhfələri araşdırır və dünyanın müxtəlif ölkələrindən 10000-dən çox iştirakçını cəlb edir.

            BDU tələbələri və gənc tədqiqatçıları – Bəxtiyar Novruzov, Nuray Səfərli, Fidan Sərdarova, Aişə Xəlilli, Qəmzə Yəhyayeva və İsgəndər Məmmədov konqresdə müxtəlif mövzular üzrə məruzələrlə çıxış edəcəklər. Onların təqdimatları kosmos məlumatlarının böyük verilənlər və data analitikası üsulları ilə analizi, astronavtların kosmik şüalanmadan qorunması və məktəblilərə kimya ilə kosmosun inteqrasiyasının öyrədilməsi kimi müxtəlif mühüm mövzuları əhatə edir.

            Bu iştirak BDU tələbələrinin beynəlxalq elmi mühitdə ölkəmizi uğurla təmsil etməsinə, Azərbaycanın kosmik tədqiqatlardakı mövqeyini möhkəmləndirməsinə və gənc alimlər üçün geniş təcrübə mübadiləsi imkanlarının yaradılmasına xidmət edir.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            05.12.2025 | 15:08

            BDU “UI GreenMetric 2025” reytinqində Cənubi Qafqazın lideri oldu

            05.12.2025 | 14:33

            Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

            05.12.2025 | 12:04

            BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

            05.12.2025 | 11:35

            BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında

            04.12.2025 | 21:53

            BDU-nun Astrofizika kafedrası: "Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq"

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025