BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”

            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”

            SOSİAL 23 Aprel 2026 16:42

            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”

            Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin növbəti qonağı Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov olub. Layihənin ikinci dərsi “İnformasiya agentliklərinin iş prinsipi. Redaksiya işinin təşkili” mövzusunda keçirilib.

            Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev görkəmli pedaqoq və jurnalist Nəsir İmanquliyevin irsinin belə davamlı şəkildə öyrənilməsini “keçmişin gələcəyə töhfəsi” adlandırıb: “Müəllimlərimizin yolunu davam etdirmək və bu ənənələri yaşatmaq müəllim və tələbələrin mənəvi borcudur”.

            Əməkdar jurnalist Dağbəyi İsmayılov müasir media mühitində informasiya axınının idarə olunması, operativlik və dəqiqlik balansının qorunması, eləcə də redaksiya proseslərinin effektiv qurulması ilə bağlı praktik bilik və təcrübəsini bölüşüb. O, çıxışında informasiya agentliklərinin fəaliyyət mexanizmlərindən danışıb. Qeyd edib ki, informasiya agentliklərinin əsas missiyası cəmiyyətə etibarlı, yoxlanılmış və sürətli informasiya təqdim etməkdir. Redaksiya daxilində düzgün koordinasiya, məsuliyyət bölgüsü və peşəkar etik prinsiplərə sadiqlik keyfiyyətli jurnalistikanın əsas sütunlarını təşkil edir. Xüsusilə rəqəmsal transformasiya dövründə jurnalistlərin çevik düşüncə tərzinə malik olması olduqca vacibdir: “Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr daim öz üzərlərində işləməli, hərtərəfli inkişaf etməlidirlər”.

            Dağbəyi İsmayılov dərs müddətində professor Nəsir İmanquliyevlə bağlı xatirələrini də bölüşüb. O, Nəsir İmanquliyevin tələbələrinə yanaşmasından, jurnalistikaya gətirdiyi yeniliklərdən və milli mətbuat tarixindəki müstəsna rolundan bəhs edib. Bildirib ki, professorun formalaşdırdığı prinsiplər müasir media mühitində yol göstəricisi kimi qalır.

            Daha sonra Jurnalistika fakültəsinin THİK sədri, IV kurs tələbəsi Nurlan Cəbrayılzadə bu layihədən 300-dən çox tələbənin faydalanmasının nəzərdə tutulduğunu, yekunda isə layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri - yazı müsabiqəsi” keçiriləcəyini qeyd edib. Tələbələri Nəsir İmanquliyev irsini daha yaxından araşdırmağa və öyrənməyə çağırıb.

            Sonda tələbələrin sualları cavablandırılıb.

            Qeyd edək ki, aprel və may aylarını əhatə etməklə həftədə bir dəfə 90 dəqiqəlik mühazirələr formatında təşkil edilən “Professor Nəsir İmanquliyev dərsləri”nin məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoymuş professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.

            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılovla BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”
            SOSİAL

            Son XƏBƏRLƏR

            08.05.2026 | 18:05

            BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

            08.05.2026 | 17:44

            BDU-da “Azərbaycan” auditoriyası açılıb

            08.05.2026 | 14:31

            BDU əməkdaşları arasında idman yarışları keçirilib

            08.05.2026 | 14:14

            BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib

            08.05.2026 | 14:13

            BDU THİK “Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi keçirib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025