Elmi-Metodiki Şura

BDU-nun Elmi-Metodiki Şurası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2024-cü il 3 sentyabr tarixli KQ-12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili" qaydalarına uyğun olaraq tədris prosesinin beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğun elmi-metodiki və tədris-metodiki sənədlərlə təminatına, professor-müəllim heyətinin pedaqoji peşəkarlığının artırılmasına, təhsilalanların auditoriya və auditoriyadan kənar fəaliyyətinin təkmilləşdirilməsinə, tədris prosesinin bütün növ metod və formalarının yaxşılaşdırılmasına xidmət edən kollegial məşvərətçi-tövsiyəedici orqandır.

BDU-NUN ELMİ-METODİKİ ŞURASININ ƏSASNAMƏSİ