ŞÖBƏNİN FƏALİYYƏTİ

ŞÖBƏNİN FƏALİYYƏTİ

Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyətinin əsas məqsədi universitetin beynəlxalq əlaqələrini genişləndirmək və inkişaf etdirmək, təhsil sahəsində aparıcı universitetlər və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması, tədris proqramlarının keyfiyyətinin artırılmasına yönələn layihələrində BDU-nun iştirakının təşkili və koordinasiyasından ibarətdir. BDU-da beynəlxalq fəaliyyət dairəsinin genişləndirməsi, akademik əməkdaşlıq imkanlarının artırılması, dünyanın tanınmış aparıcı təhsil ocaqları ilə, beynəlxalq assosiasiyalarla əlaqələrin qurulması və beynəlxalq reytinqlərdə iştirakın təmin olunması istiqamətində mütəmadi olaraq işlər görülür. Sözügedən fəaliyyətin inkişafı və genişlənməsi istiqamətində fəaliyyət BDU-da dörd əsas strateji inkişaf xətti üzərində həyata keçirilir:

  • Bütün fakültələrdə beynəlxalq mobillik proqramları üzrə ciddi hədəflər müəyyən etmək və BDU-nun beynəlxalq birgə dərəcə və ikili diplom proqramları portfelini genişləndirmək.
  • Coğrafi prioritetləri nəzərə alaraq xarici tələbə potensialına yönəlik effektiv və məqsədyönlü addımlar atmaqla daha çox əcnəbi tələbənin cəlbinə nail olmaq.
  • Müasir beynəlxalq təcrübənin BDU-da tətbiqi məqsədi ilə xarici universitetlər və beynəlxalq təşkilatlarla tədris proqramlarının inkişafı və elmi-tədqiqat qrant layihələrinin icrası üzrə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək.
  • Nüfuzlu beynəlxalq reytinqlərdə yüksək mövqe əldə etməklə regionda və dünyada BDU-nun etimadını daha da artırmaq.

BDU-da mübadilə proqramları çərçivəsində müxtəlif universitetlərin tələbə, akademik və inzibati heyətlərinin qarşılıqlı mübadiləsi həyata keçirilir. Hər il universitetlərarası təcrübələrin bölüşülməsində mühim rol oynayan beynəlxalq proqramlar çərçivəsində çoxsaylı mübadilələr reallaşdırılır. Hər bir BDU tələbəsi bu mübadilə proqramları üzrə müsabiqələrdə iştirak edə bilər. Bakı Dövlət Universitetində müəllim-tələbə mübadiləsi üç istiqamətdə həyata keçirilir. Bunlardan biri əsasən Türkiyə universitetləri ilə həyata keçirilən Mövlanə proqramıdır. Bu proqram çərçivəsində tələbələr bir semestr ərzində Türkiyənin müxtəlif universitetlərində təhsil alırlar. Müəllimlər isə bir və ya iki həftə ərzində tədris prosesi ilə məşğul olmaq hüququ əldə edirlər. Digər beynəlxalq müəllim-tələbə mübadilə proqramı isə Almaniya, Polşa, Rumıniya, İspaniya, İtaliya, Portuqaliya və digər Avropa ölkələri ilə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ERASMUS+KA171 proqramıdır. BDU, o cümlədən, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında ali təhsil sahəsində əməkdaşlığı həyata keçirmək məqsədilə yaradılmış Türk Universitetləri Birliyinin üzvü olan universitetlər ilə Orhun mübadilə proqramı çərçivəsində də əməkdaşlıq edir. Hazırda qüvvədə olan mübadilə proqramları üzrə iştirakçılılığın təmin olunmasına imkan verən müqavilə sayı Erasmus+ proqramı üzrə 20+, Mövlanə proqram üzrə 15+-dır. 

  • BDU-da 2015-cü ildən Erasmus+KA171 beynəlxalq müəllim-tələbə mübadilə proqramı çərçivəsində müəllim-tələbə mübadiləsi həyata keçirilir və Erasmus+ proqramı çərçivəsində fərqli layihələr icra olunur. 2016-2023-ci illər ərzində BDU-nun 60-dan çox əməkdaşı və 50-dən çox tələbəsi, tərəfdaş universitetlərin isə 60-dan çox əməkdaşı və 30-dan çox tələbəsi mübadilə proqramında iştirak etmişdir. 2016-2023-ci illərdə dövründə isə BDU Erasmus+ mübadilə proqramı çərçivəsində 20-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq etmişdir. Hazırda BDU-nun Erasmus+ mübadilə proqramı çərçivəsində 20-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlığı davam edir.
  • Mövlanə mübadilə proqramı Türkiyə universitetləri ilə dünyanın müxtəlif ölkələrində yerləşən universitetlər arasında müəllim-tələbə mübadiləsini həyata keçirən proqramdır. BDU tələbələri Mövlanə beynəlxalq mübadilə proqramı ilə Türkiyənin bir sıra universitetlərində təhsil almaq imkanlarına malikdirlər. Mövlanə proqramı çərçivəsində Türkiyə universitetlərində təhsil almaq hüququ qazanan tələbə təhsil müddətində hər ay müvafiq məbləğdə təqaüd alır. Yol xərci proqram çərçivəsində ödənilir. 2017-2021-ci illər ərzində BDU-nun 5 əməkdaşı və 5 tələbəsi sözügedən proqram çərçivəsində Türkiyənin müxtəlif universitetlərində dərs demiş və təhsil almışdır. 2016-2022-ci illərdə BDU Mövlanə mübadilə proqramı çərçivəsində 19 ali təhsil müəssisəsi ilə əməkdaşlıq etmişdir. Hazırda BDU-nun Mövlanə mübadilə proqramı çərçivəsində 15+ ali təhsil müəssisəsi ilə əməkdaşlığı davam edir.

2019-2023 cü illərdə Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramına uyğun olaraq BDU-nun beynəlxalq rəqabətliliyinin gücləndirilməsi daima diqqət mərkəzində olmuşdur. Hazırda BDU-da 12 ikili diplom proqramı (3 bakalavr, 8 magistr, 1 PHD pilləsi üzrə) fəaliyyət göstərir:

  • BDU ilə Çin Xalq Respublikasının Anhui Universiteti arasında 2023-cü ildə imzalanmış müqaviləyə əsasən “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında 2023-cü il tarixli müqaviləyə əsasən “Biotexnologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən “Komputer elmləri” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2022-ci ildə imzalanmış müqaviləyə əsasən MBA ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında 2022-ci ildə imzalanmış müqaviləyə əsasən “Biotexnologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti arasında 2022-ci ildə imzalanmış müqaviləyə əsasən Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU və Satbayev adına Qazax milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft Kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən Beynəlxalq münasibətlər və diplomotiya ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında 2020-ci ildə imzalanmış müqaviləyə əsasən “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə Fransanın Lumière Lyon 2 Universiteti arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən “Əqli mülkiyət hüququ” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı;
  • BDU ilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında 2018-ci ildə imzalanmış müqaviləyə əsasən hüquq sahəsində doktorantura səviyyəsində birgə ikili diplom proqramı;
  • 2011-ci ildən başlayaraq Bakı Dövlət Universitetində Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ ixtisası üzrə magistratura pilləsində “ikili diplom” proqramının icrasına başlanılmış və layihə 2019-cu ilə qədər davam etmişdir. Sözügedən ikili diplom layihəsi çərçivəsində BDU-nun 50 nəfər tələbəsi hər iki universitetin diplomunu əldə etmişdir. Sözügedən layihə çərçivəsində alman tərəfi proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edib, almaniyalı professorlar BDU-da mühazirə oxuyublar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilib.

Beynəlxalq akademik heyətin BDU-da təlim-tədris prosesinə cəlb olunması, eyni zamanda da BDU-nun professor-müəllim heyətinin və tədqiqatçılarının xarici tərəfdaş universitetlərdəki həmkarları ilə ortaq elmi-tədqiqat işlərinə cəlb olunması daima diqqət mərkəzində saxlanılır.

Assosiasiya/Təşkilatlara Üzvlük.

BDU hazırda 19 assosiasiya və təşkilatlara üzvdür.

  • Avrasiya Universitetlər Assosiasiyası (1989-cu ildən)
  • Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyası (1997-ci ildən)
  • Qara Dəniz Universitetlər Assosiasiyası (1998-ci ildən)
  • Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (2003-cü ildən)
  • Avrasiya Universitetlər Birliyi (2008-ci ildən)
  • MDB ölkələrinin Nanotexnologiya Beynəlxalq İnnovasiya Mərkəzi (Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi (2009-cu ildən)
  • Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası (2015-ci ildən)
  • Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili regional şəbəkəsi (STAR-NET) (2015-ci ildən)
  • Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (2018--ci ildən)
  • Avropa Universitetləri Assosiasiyası (EUA) (2022-ci ildən)
  • İslam Ölkələri Universitetləri Federasiyası (FİUW) (2022-ci ildən)
  • Beynəlxalq Astronavtika Federasiyası (IAF) (2023-cü ildən)
  • Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyası (WAITRO) (2024-cü ildən)
  • Avropa Paytaxtları Universitetləri Şəbəkəsi (UNICA) (2024-cü ildən)
  • Ali Təhsildə Dayanıqlılığın İnkişafı Assosiasiyası (AASHE) – (2024-ci ildən)
  • Avropa Hüquq Fakültələri Assosiasiyasının (ELFA) – (2024-cü ildən)
  • İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinə (GUNI) – (2024-ci ildən)
  • Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsi (ISCN) – (2025-ci ildən)
  • Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsi (CANIE) – (2025-ci ildən)

     BDU-da fəaliyyət göstərən beynəlxalq kafedra, institut və mərkəzlər əcnəbi müəllimlərin say dinamikasına müsbət təsir göstərən amillərdəndir. Hazırda BDU-da 2 beynəlxalq kafedra: İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası və Biotibbi materiallar ICESCO kafedrası, 2 beynəlxalq institut: Konfutsi İnstitutu (Çin) və Bakı King Sejong İnstitutu (Koreya) və 3 beynəlxalq mərkəz: Abay Kunanbayev adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi (Qazaxıstan), Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi (Koreya) və Rus Mərkəzi (Rusiya) fəaliyyət göstərir.

Mərkəzin adı

Yerləşdiyi korpus

Otaq nömrəsi

1

Bakı King Sejong İnstitutu

2 saylı tədris binası

(6-cı mərtəbə)

601a, 601b, 601c

2

Konfutsi İnstitutu

Əsas tədris binası

(1-ci mərtəbə)

Konfutsi mərkəzi

3

Abay Kunanbayev adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi

1 saylı tədris binası

(3-cü mərtəbə)

306a

4

Rus Mərkəzi

Yeni tədris binası

(1-ci mərtəbə)

108

5

Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi

Yeni tədris binası

(3-cü mərtəbə)

301a, 301b, 301c

6

Hüquq fakültəsində İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası

1 saylı tədris binası

(8-cı mərtəbə)

805a, 805b

7

Biologiya fakültəsində Biotibbi materillar ICESCO kafedrası

Əsas tədris binası

(2-ci mərtəbə)

270

8

MAGnUS layihəsinin dəstəyi ilə yaradılmış Rəqəmsal araşdırmalar laboratoriyası

Əsas tədris binası

(3-cü mərtəbə)

Böyük akt zalı ilə üzbəüz