Arxeologiya və etnoqrafiya muzeyi

Arxeologiya və etnoqrafiya muzeyi 1976-cı ildə yaradılmışdır. Muzeydə Azərbaycanın bütün tarixi inkişaf mərhələlərinə aid maddi mədəniyyət nümunələri nümayiş etdirilir.

Muzey 2 hissədən ibarətdir. Arxeologiya bölməsində Azıx mağarasından tapılan nadir daş alətlər, zəngin osteoloji (sümuk) materiallar, əkinçilik mədəniyyətinə aid əmək alətləri, qədim gil məmulatı və digər nadir tapıntılar saxlanır. Bundan başqa, muzeydə "Kür-Araz", "Xocalı-Gədəbəy", "Talış-Muğan" mədəniyyətinə, eyni zamanda Qafqaz Albaniyası, antik və orta əsrlərə aid nümunələr vardır. Etnoqrafiya bolməsində Azərbaycan məişətini, zəngin mədəni irsini əks etdirən maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Bölmədə Azərbaycanın məişət və təssərrüfatına, adət-ənənəsinə, mədəniyyət və incəsənətinə aid çoxlu materiallar, Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkşafını əks etdirən xüsusi stendlər mövcuddur.

Muzeyin eksponatları Tarix fakültəsində tədris prosesində geniş istifadə edilir, tələbələrin arxeologiya və etnoqrafiya sahəsində biliklərini dərinləşdirməsinə xidmət edir.