“TƏCRÜBƏ könüllüləri” altproqramı
Tələbə-gənclərin Universitetin müxtəlif struktur və fakültələrində müvafiq istiqamətlər üzrə təcrübə əldə etməsi və gələcək karyera planlaması üzrə fikrin formalaşması məqsədi daşıyır. Təcrübə könüllülüyü müddətində tələbələr fəaliyyət göstərdikləri struktur və fakültələrdə müxtəlif şəkildə fəaliyyət göstərməklə istiqamətlənmiş formada müxtəlif sahələrdə informasiyalar əldə edirlər. Könüllülük fəaliyyətinin müddəti üç aydır və iş prosesi, bir qayda olaraq, gündəlik şəkildə tələbənin dərs növbələrinə uyğun şəkildə təşkil edilir. Təcrübə müddətini uğurla bitirən könüllülər sertifikatlarla təltif edilir və fəaliyyəti uğurlu hesab edilən və fərqlənən tələbələr Universitetdə işlə təmin olunur.
“TƏDRİS könüllüləri” altproqramı
Tələbə-gənclərin Universitetin tədris prosesinin təşkilində könüllü fəaliyyətin təşkili məqsədi daşıyır. Könüllülük fəaliyyətinin müddəti üç aydır və tələbələrin dərs prosesinə uyğun şəkildə təşkil edilir.