BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Bakı Dövlət Universitetinin Reytinqlərdə mövqeyi
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • Son üç ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul sayı 3,4 faiz artıb

            Son üç ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul sayı 3,4 faiz artıb

            TƏDRİS 6 Mart 2025 15:56

            Son üç ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul sayı 3,4 faiz artıb

            Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin son üç ildə elm və tədris göstəriciləri artıb.

            2022/2023-cü tədris ili ilə müqayisədə 2024/2025-ci tədris ilində fakültəyə qəbul olunanların sayı 3,4% artıb, plan yeri 97 faiz dolub.

            Fakültədə Türkiyənin Üsküdar Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Jurnalistika kafedrası, Bolqarıstanın Sofiya Universiteti, Rusiyanın Sankt-Peterburq Universitetinin Jurnalistika kafedrası, Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə sıx əməkdaşlıq əlaqələri qurulub. Müxtəlif ölkələrin media mənsubları tərəfindən fakültədə mütəmadi olaraq ustad dərsləri, seminarlar, praktik məşğələlər keçirilir.

            Son 5 ildə fakültə əməkdaşları tərəfindən xaricdə dərc olunmuş məqalə sayı 2 dəfə artıb. Ümumilikdə fakültə üzrə 2024-cü il ərzində 62 elmi məqalə, 55 tezis, 2 metodik vəsait, 2 məqalələr toplusu, 2 proqram, 1 kitab, 1 monoqrafiya dərc edilib.

            Fakültənin elmi fəaliyyətində seminar və konfranslar da mühüm yer tutur. 2024-cü ildə Bakı Dövlət Universiteti və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları" mövzusunda elmi sessiya, görkəmli alim və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası: tarix və müasirlik” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

            Ölkənin müxtəlif dövlət və özəl media subyektləri ilə daimi əməkdaşlıq edən Jurnalistika fakültəsində tələbələrin praktik bacarıqlarının artırılması və əmək bazarı üçün yüksəkixtisaslı və peşəkar jurnalist kadrların hazırlanması, günün tələblərinə cavab verən biliklərin öyrədilməsi məqsədilə 2024-cü il ərzində 4 yeni ixtisaslaşmış otağın  - Medianın İnkişafı Agentliyi və

            Azərbaycan Mətbuat Şurasının xüsusi auditoriyaları,  “ARB24” telekanalının “NewsLab” təlim otağı və “Xalq qəzeti”nin debat otaqlarının açılışı olub.

            TƏDRİS ELM BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            04.02.2026 | 13:47

            BDU rektorunun Vyanaya səfəri çərçivəsində səfirlə görüşü keçirilib

            04.02.2026 | 11:54

            “Gənc istedadlar” liseyinin şagirdləri BDU-nun elmi-tədqiqat mühiti ilə tanış olurlar

            04.02.2026 | 10:57

            BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

            04.02.2026 | 10:54

            BDU-nun professoru Rasim Məmmədov vəfat edib

            04.02.2026 | 09:38

            BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025